"Ermənistan danışıqlar prosesini imitasiya edir" RƏY-ÖZƏL
“Ermənistan növbəti dəfə qeyri-konstruktiv mövqe nümayiş etdirməkdən çəkinmədi. Rəsmi İrəvan beynəlxalq hüququn norma və prinsiplərinə açıq-aşkar şəkildə hörmətsizlik nümayiş etdirir”. Bunu Diaspor.info-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O qeyd edib ki, 1945-ci il BMT Nizamnaməsi, 1975-ci il ATƏT-in Helsinki Yekun Aktı və 1990-cı il Paris Xartiyası sənədlərinə birmənalı şəkildə riayət etmək öhdəliyini üzərinə götürən Ermənistan Respublikası qonşu Azərbaycana qarşı hərbi gücdən istifadə etməklə onun beynəlxalq tanınmış torpaqlarının beşdə birini işğal edib və bu ərazilərdə yaşayan bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyub.
Politoloq qeyd edib ki, belə bir vəziyyətdə işğalçı ölkə olan Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Rusiyanın XİN başçısı Sergey Lavrovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara dair bəyanatına qarşı mövqeyi danışıqlar prosesini imitasiya edir və münaqişənin həll olunması üçün konkret addımlar atmaqdan boyun qaçırır.
Müəllif: Nailə Məhərrəmova