Assanjın işi ilə bağlı dinləmələr təxirə salınıb
“WikiLeaks” saytının qurucusu Julian Assanjın ekstradisiyası ilə bağlı dinləmələr, koronavirus səbəbiylə noyabr ayına qədər təxirə salınıb. Diaspor.info RenTv-yə istinadən xəbər verir ki, bu barədə RİA Novosti Vestminster dairəsinin magistratura məhkəməsinin hakimin qərarına əsasən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, məhkəmə iclası mayın 18-də başlamalı idi. Bundan əvvəl vəkillər prosesi təxirə salmağı xahiş ediblər, lakin hakim onlarla razılaşmayıb. Bazar ertəsi, vəkillər məhkəmə iclasının təxirə salınması üçün əlavə dəlillər təqdim ediblər.
"Mənə izah etdilər ki, şahidlərin iştirakı ilə dinləmələrə hazırlıqların uzaqdan aparıla biləcəyinə inanmaq üçün heç bir səbəb yoxdur. Tərəflərin uzaqdan iştirakı yolverilməzdir", deyə hakim Vanessa Baraitser bildirib.
Qeyd olunub ki, üç həftəlik məhkəmə, noyabrın 2-dən sonra keçirilə bilər.
Müəllif: İnam Hacıyev