Koronavirus görünməz bir soyğunçudur Boris Conson
İngiltərənin baş naziri Boris Conson koronavirus müalicəsindən sonra işə gedib. Diaspor.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Məlumata görə, baş nazir koronavirusun ölkənin II Dünya Müharibəsindən bəri qarşılaşdığı ən ciddi sınaq olduğunu söyləyərək İngilislərə müraciət edib. Conson ölkədə koronavirus ilə daha yaxşı bir dönüş nöqtəsinin başladığını vurğulayıb. Halbuki, pandemiya səbəbiylə tətbiq olunan rejimdə heç bir dəyişiklik yoxdur.
Baş nazirin sözlərinə görə, koronavirus, dünyanın "mübarizə aparmaq məcburiyyətində qaldığı" görünməz bir soyğunçudur. Consonun bu performansı, 12 apreldə COVID-19 ilə yoluxduğu xəstəxanadan çıxandan bəri ilk olub.
Xatırldaq ki, İngiltərədə 153 mindən çox insana bu virusa yoluxub, 20 732 adam isə ölüb.
Müəllif: İnam Hacıyev