Rusiya COVİD-19-a yoluxmada Çini keçdi
Rusiyada son bir gündə 6 198 nəfərə koronavirus diaqnozu qoyulub. Diaspor.infonun məlumatına gör, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bununla da Rusiyada yoluxanların sayı 87 147 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 50 nəfər artaraq 794-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 7 346 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 871.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 996 000-i ötüb. Bunların 881 903 nəfəri sağalıb, 207 024 nəfəri isə ölüb.
Müəllif: Aysel Məmmədova