"Arxayınlaşmamalı, əksinə daha da diqqətli olmalıyıq!" - MÖVQE ÖZƏL
“Azərbaycanda koronavirusa ilk yoluxma halı elan edilən gündən etibarən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə birbaşa ciddi addımlar atılaraq, qabaqlayıcı tədbirlər həyata keçirilib. Bu qabaqlayıcı tədbirlərin nəticəsidir ki, bu gün ölkədəki vəziyyət digər bütün ölkələrə nisbətdə çox yaxşıdır”. Bunu Diaspor.infoya açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov deyib.
Deputatın sözlərinə görə, hazırda karantin rejiminin şərtlərinin yumşaldılması o demək deyil ki, xəstəlik geridə qalıb: “Koronavirus günün aktual problemidir və vaksini hələ də tapılmayıb. Bir sıra xarici dövlətlərdə xəstəliyin ikinci dalğası daha da dəhşətli şəkil alıb. Ona görə də, hesab edirəm ki, biz heç də arxayınlaşmamalı, əksinə daha da diqqətli olmalıyıq”.
A.Hüseynov vurğulayıb ki, unutmaq lazım deyil ki, biz karantin rejiminin şərtlərinə ciddi riayət etməklə bu xəstəliyin daha çox yoluxmasının qarşısını ala bilmişik: “Biz attıdığımız addımların, etdiyimiz diqqətsizliyin nəticəsini göz önünə gətirməliyik. Mayın 4-ü etibarilə karantin rejimi tamamilə ləğv olunacaq. Hesab edirəm ki, buna arxayın olub birdən-birə diqqətsiz davrana bilmərik”.
Müəllif: Aysel Məmmədova