Nyu-Yorkda ölənlərin aqibəti... SOYUDUCULAR İŞLƏMİR
Nyu-Yorkda koronavirusdan ölən insanlarla bağlı ilginc hadisə yaşanıb. Belə ki, ABŞ hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, koronavirusdan ölən 60 nəfərin saxlanıldığı dörd soyuducu yük maşınında sistem işləməyib. Yerli sakinlər bununla bağlı polisə müraciət ediblər.Diaspor.info xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Məlumata görə, kremasiya olunmaq üçün hazırlanmış meyitlərin soyuducu sistemi pozulmuş yük maşınlarında saxlanılmasına səbəb dəfn bürosunda sıxlığın yaşanması olub.
Nyu-Yorkun səhiyyə idarəsindən jurnalistlərə bildirilib ki, dəfn bürolarının sahibləri qəbul olunmuş sanitar ölçüləri icra etməyə borcludurlar. Məlumatda o da bildirilir ki, hakimiyyət soyuducu sisteminə malik xüsusi yük maşınları ayırıb. Pis qoxu verən meyitlər xarab maşınlardan digər maşınlara yerləşdiriləcək.
Qeyd edək ki, Nyu-York ölkədə koronavirusun yayılmasında əsas ocaqlardan biri hesab olunur. Con Hopkins universitetinin və federal rəhbərliyin məlumatına görə, bu ştatda 299 min yoluxma, 23,4 min ölüm halı qeydə alınıb.
Müəllif: Rövşən