"Milli Məclisdə struktur və kadr islahatları aparılması zərurəti yaranıb” Sahibə Qafarova
"Milli Məclisdə struktur və kadr islahatları aparılması zərurəti yaranıb. Bununla əlaqədar artıq sərəncam imzalamışam". Diaspor.infonun məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
O bildirib ki, ötən 1 aya yaxın müddətdə Aparatın hər bir əməkdaşının işi təhlil edilib: "Milli Məclisin İşlər İdarəsinin və Aparatının heyəti yenidən təyin edilib. İnanıram ki, həyata keçirilən bu islahatlar parlamentin işinin daha yaxşı təşkil edilməsinə şərait yaradılacaq".
Müəllif: Nailə Məhərrəmova
274