Ötən gün ərzində Çində 2 koronavirusa yoluxma hadisəsi aşkar edilib
Son sutka əzrində materik Çindəki tibb müəssisələrində yeni koronavirusa yoluxan xəstələrin sayı təxminən 14 faiz azalaraq 339 nəfərə çatıb, ölüm halı qeydə alınmayıb.
Diaspor.info xəbər verir ki, bu barədə Çinin Gigiyena və Sağlamlıq Məsələləri üzrə Dövlət Komitəsi xəbər verib.
Məlumata əsasən, ötən gün ərzində ölkədə 2 yeni yoluxma hadisəsi aşkar edilib, hər ikisi xaricdən gələn insanlarda qeydə alınıb.
Çində virusun yayılması vaxtından bəri 1678 yoluxma halı xaricdən gələnlərdə qeydə alınıb, onlardan 1400 nəfəri artıq sağalıb.
Statistikaya görə, Çində yoluxanların 94 faizi sağalıb, son 24 saat ərzində 58 nəfər sağalıb. 2019-cu ilin dekabr ayından bəri xəstələnənlərin sayı 82,8 mini keçib.