Koronavirus barədə vəziyyət müzakirə edilib
Rusiya Federasiyası və Özbəkistan prezidentləri Vladimir Putin və Şavkat Mirziyoyev telefon danışığı zamanı pandemiya ətrafında yaranmış vəziyyəti müzakirə ediblər və bu istiqamətdə işləri davam etdirmək niyyətlərini bir daha bildiriblər. Diaspor.info RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda, söhbətin Özbəkistan tərəfinin təşəbbüsü ilə baş verdiyi qeyd olunur.
"Koronavirus pandemiyası ətrafındakı vəziyyəti müzakirə edərkən, Rusiya və Özbəkistanın infeksiyanın yayılması ilə mübarizədəki bir-birlərinə köməyi yüksək qiymətləndirilib. Bu istiqamətdə sıx əməkdaşlığı davam etdirmək niyyəti təsdiq edilib", deyə məlumatda bildirilir.
Əlavə edilir ki, liderlər ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın bəzi digər aktual məsələlərinə də toxunublar.
Müəllif: İnam Hacıyev