Heydər Əliyev Möhtəşəm Bir Zirvədir.
Hesab edirəm ki, mənimlə razılaşarsınız, Heydər Əliyev Möhtəşəm Bir Zirvədir.
Zirvə İsə Uzaqdan Daha Aydın Görünər. Heydər Əliyev demişdir ki, Azərbaycan dünyaya Günəş kimi doğacaq, bu belə də oldu.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Novomoskovsk vilayəti üzrə sədri.
Şikar Hüseynov.
Diaspor info saytının Ukrayna bürosu sözügedən ölkədə Ümummilli lider Heydər Əliyevin doğum günü ilə bağlı yazılarını davam etdirir.
Bu dəfəki müsahibimiz isə, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Novomoskovski vilayəti üzrə sədri Şikar Hüseynov oldu.
Şikar müəllim Ulu öndər haqqında saytımıza öz xatirələrini danışıb: ”Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının liderlərindən biridir. Xatırlayırsınızsa Azərbaycanın ən ağır günlərində, ən böyük problem müstəqilliyimiz əldə getmək üzərə olan bir zamanda məhz o, öz Vətənini, xalqını xilas etdi.
Həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir. Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır. Müasir, müstəqil Azərbaycan Ümummilli liderin şah əsəridir.
2003-cü il Dekabrın 12 –si Azərbaycan xalqı üçün çox ağır bir itgi oldu, xalq öz liderini itirdi. Məhz həmin gündən bu günə kimi 12 dekabr Azərbaycan xalqı üçün Anım günüdür.
Heydər Əliyev haqqında danışarkən Dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olmuş 15 iyun - Milli Qurtuluş Günü haqqında danışmamaq olmur.
Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Azərbaycan yeni mərhələyə qədəm qoydu. Ölkəmizdə mövcud olan gərgin ictimai-siyasi böhran ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində aradan qaldırıldı, sabitlik və iqtisadi inkişaf təmin edildi. Onun işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.
Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev ölkənin ağır günündə xalqın təkidli dəvətini qəbul edib paytaxta qayıtmaqla daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu böyük şəxsiyyət həyatını təhlükə altında qoyaraq 1993-cü il iyunun 9-da Bakıya gəldi. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Heydər Əliyev Müasir Azərbaycanın Qarantı oldu. Baxın bu gün biz məhz həmin Azərbaycanın, inkişaf etmiş bir dövlətin varlığına görə məhz Ümummilli liderimiz Heydər Əliyevə borcluyuq.
O çox iri, nəhəng dövlətlərlə iqtisadi sazişlər, müqavilələr bağlamaqla Azərbaycanı bu gözəl günlərə çıxara bildi
Məhz Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş, sivil ölkələri sırasına qoşuldu.
Heydər Əliyev Müasir Azərbaycanı quran zaman Diaspor fəaliyyətindəki boşluqlara da diqqət yetirdi və ilk dəfə olaraq xaricdə yaşayan Azərbaycanlıları başına topladı və onları bir olmağa səslədi.
Bu gün Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirən möhtərəm Prezident Zati-aliləri cənab İlham Əliyevin müdrik idarəçiliyi və beynəlxalq siyasi nüfuzu sayəsində Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük nailiyyətlərə və zəfərlərə doğru inamla addımlayır. Ulu Öndərin uzaqgörən daxili və xarici siyasətinin bu gün möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilməsinin nəticəsidir ki, regionun lider dövlətinə çevrilən Azərbaycan Respublikası sürətlə inkişaf edir və gündən-günə daha da qüdrətlənir.
Hesab edirəm ki, mənimlə razılaşarsınız, Heydər Əliyev Möhtəşəm Bir Zirvədir.
Zirvə İsə Uzaqdan Daha Aydın Görünər. Heydər Əliyev demişdir ki, Azərbaycan dünyaya Günəş kimi doğacaq, bu belə də oldu.
Diaspor.info
Ukrayna bürosu
632