Heydər Əliyev Şəxsiyyəti Azərbaycanda Xilaskarlıq Missiyasını Öz Üzərinə Götürən Bir Lider İdi.
MÜSTƏQİL AZƏRBAYCAN VƏ UKRAYNA DÖVLƏTLƏRİ ARASINDA SARSILMAZ DOSTLUĞUN TƏMƏLİNİ DƏ, MƏHZ HEYDƏR ƏLİYEV QOYUB.
BİRLƏŞMİŞ UKRAYNA
AZƏRBAYCANLILARI KONQRESİNİN
DNEPROPETROVSK VİLAYƏTİ
ÜZRƏ SƏDRİ.
NƏCƏF ƏHMƏDOV.
Məlum olduğu kimi bu gün Ümummilli liderimiz Heydər Əliyevin doğum günüdür.
Bu bir danılmaz faktdır ki, Ulu öndər haqqında hər bir Azərbaycanlı xoş xatirələrlə danışmağa hər an hazırdır.
Bəli məhz bu gün, 10 may Azərbaycan və Türk dünyasının liderlərindən biri, Ümummilli lider Heydər Əliyevin dünyaya göz açıb.
Acı da olsa, artıq 16 ildir ki, dünya şöhrətli siyasətçi, Ulu öndər Heydər Əliyev aramızda yoxdur.
Diaspor info saytının Ukrayna bürosu xəbər verir ki, sözügedən ölkənin bütün regionlarında da, Ulu öndərin doğum günü qeyd olunmağa başlanıb.
Bu gün “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk“ vilayəti üzrə sədri Nəcəf Əhmədovla görüşdük və onun da,
Ümummilli lider Heydər Əliyev haqqında fikirlərini öyrəndik:
"Mənim üçün Heydər Əliyev Möhtəşəm bir Zirvədir, Zirvə isə uzaqdan daha aydın görünür. Deməli biz ondan uzaqlaşdıqca onun qoyduğu möhtəşəm, balanslı siyasəti və Heydər Əliyev irsini daha aydın görə bilirik.
Yəqin bilirsiniz ki, Azərbaycan və Ukrayna müstəqil dövlətləri arasında sarsılmaz dostluğun təməlini də, məhz ulu öndərimiz qoyub. Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu uğurlu diaspora siyasəti də, bu gün iki xalqlar arasında yüksək səviyyədədir.
Heydər Əliyev şəxsiyyəti Azərbaycanda xilaskarlıq missiyasını öz üzərinə götürən bir lider idi.
Heydər Əliyev öz təcrübə və biliyinə arxalanaraq, təkbaşına, Müasir Azərbaycan dövlətini yox olmaqdan xilas etdi.
İri, nəhəng dövlətlərlə iqtisadi müqavilələr bağlamaqla bu günümüz üçün güclü Azərbaycan yaratdı.
O, hamıya örnək olmağı bacarırdı, ata kimi, ailə başçısı kimi, həyat yoldaşı kimi, sevgisinə sədaqəti ilə və s.
Ümumiyyətlə ulu öndər seçilməyi və nümunə olmağı bacarırdı. Dövlət qulluqçusu kimi, istər yerişi-duruşu, rəsmi tədbirlərdəki çıxışları, istərsə də, qeyri-rəsmi tədbirlərdəki davranışı, necə deyərlər uşaqla- uşaq, böyüklə -böyük kimi rəftarı da, bütün insanlar tərəfindən rəğbətə səbəb olurdu.
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Onun həyatına, əmək fəaliyyətinə nəzər salsaq görərik ki, böyük siyasətçi olmaq üçün necə çətin məktəb keçib.
1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Ən nəhayət bir müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Məhz həmin gündən dekabrın 12-si xalqımızın Ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.
Allah rəhmət eləsin!
Diaspor info
Ukrayna bürosu.
328