Putin Qələbə bayramını təxirə saldı
Rusiya Prezidenti Vladimir Putin Sovet İttifaqının İkinci Dünya Müharibəsində faşist Almaniyasının məğlub edilməsinin 75 illiyi ilə əlaqədar keçiriləcək mərasimlərin təxirə salındığını açıqlayıb. Diaspor.info bunu xarici mətbuata istinadən xəbər verir.
Putin Covid-19 gündəliyi ilə Təhlükəsizlik Şurasını toplayıb. Hər il 9 May günü qeyd edilən Qələbə Günü mərasimlərinin və tədbirlərinin təxirə salındığını bildirən Putin "Zirvəyə çatmayan epidemiya ilə əlaqəli risklər, mərasimə və digər tədbirlərə hazırlıq prosesini başlatmaq imkanı vermir", deyib.
Digər tərəfdən Putin Covid-19 epidemiyası ilə bağlı Çin prezidenti Şi Cinping ilə fikir mübadiləsi aparıb. Kremldən verilən məlumata görə, Covid-19 epidemiyasına qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın müzakirə edildiyi bildirilib.
Müəllif: Aysel Məmmədova