Rusiyada koronovirusa yoluxanların sayı 209 mini ötdü .
Rusiyada son bir gündə 11 012 nəfərə koronavirus diaqnozu qoyulub. Diaspor.info-nun verdiyi məlumata görə, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Məlumata görə, bununla da Rusiyada yoluxanların sayı 209 688 nəfərə, ölənlərin sayı 1 915-ə, sağalanların sayı isə 34 306 nəfərə çatıb. Hazırda ölkədə 243 000 nəfər COVID-19 şübhəsi ilə həkim nəzarətindədir.
Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Müəllif: Ceyhun Rasimoğlu