İranda Koronavirusa yoluxma hallarının artması müşahidə edilir
Ötən sutka ərzində İranda daha 1529 nəfər koronavirusa yoluxub, 48 nəfər isə həyatını itirib. Diaspor.info-nun verdiyi xəbərə görə, İran Səhiyyə Nazirliyinin məlumatına əsasən, ümumilikdə yoluxanların sayı 106 min 220 nəfərə, ölənlərin sayı isə 6 min 589-a çatıb. Xüsusi xəstəxanalarda müalicə olunan 85 min 64 nəfər sağalıb. Yoluxma hallarının artması vətəndaşların sosial məsafəni gözləməməsi və bəzi digər qaydalara əməl etməməsi ilə izah olunur.
İranın tibbi-elmi mərkəzlərində koronavirusa qarşı vaksin hazırlanması prosesi davam edir.
Müəllif: Ceyhun Rasimoğlu
303