Merkeli Hitlerlə müqayisə edən səfir istefa verib
Malta'nın Finlandiyadakı səfiri, Almaniyanın kansleri Angela Merkel'i İkinci Dünya müharibəsi illərində milyonlarla insanın ölümünə səbəb olan Adolf Hitler ilə müqayisə edib. Diaspor.info bunu xarici KİV-lərə istinadən xəbər verir.
Səfir Zammit Tabona Facebook hesabındakı paylaşımında "75 il əvvəl Hitler var idi. Avropanı idarə etmək istəyən Hitlerin xəyallarını gerçəkləşdirən Angela Merkelə kim mane olacaq?" kimi ifadələr işlədib.
Times of Malta xəbərinə görə, Malta Xarici İşlər Nazirliyi bu paylaşımı edən diplomatdan sosial mediada yazdıqlarını silməsini istəyib. 2014-cü ildən bəri səfir olan Zammit Tabonanın qalmaqaldan sonra istefa etdiyi deyilir.
Müəllif: Aysel Məmmədova
234