Partiya nümayəndəsi keçmiş baş nazirin vəziyyətindən danışdı
Bir gün əvvəl xəstəxanaya yerləşdirilən Hindistanın keçmiş baş naziri Manmohan Singh'in vəziyyəti stabildir. Diaspor.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Hindistan mediasına "Bütün Hindistan Konqresi" partiyasının nümayəndəsi məlumat verib.
Bazar günü axşam, Sinqx, sinə ağrısı səbəbiylə Dehlinin Bütün Hindistan Tibb Elmləri İnstitutuna aparılıb. 2009-cu ildə sabiq baş nazir bu institutda ürək yanması əməliyyatı keçirib və bu müddət ərzində ona beş dəfə implant edilib.
"Doktor Manmohan Sinqx yeni bir dərmana həssas reaksiya verdikdən sonra müşahidə və araşdırma üçün xəstəxanaya yerləşdirilib. Onun hərarəti araşdırılmalar üçün izlənilir və o lazımi tibbi yardım alır", deyə partriya nümayəndəsi İnstitutun həkimlərinə istinadən bildirib.
"O, stabildir və Bütün Hindistan Tibb Elmləri İnstitutunun kardiotororik mərkəzində həkimlər qrupunun nəzarəti altındadır", deyə nümayəndə əlavə edib.
Xatırladaq ki, Sinqx hazırda Rajasthanı parlamentinin yuxarı palatasını təmsil edir və Bütün Hindistan Konqresi müxalifət partiyasının liderlərindən biridir. Sinqx 2004-cü ildən 2014-cü ilə qədər Hindistanın Baş naziri olub.
Müəllif: İnam Hacıyev