Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğu Koronavirus pondemiyası ilə bağlı yardımlarını davav etdirir.
Koronavirus pondemiyası yayıldığı gündən ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirən Azərbaycan dövləti, xarici ölkələrdə yaşayan soydaşlarımızın sağlamlığının və təhlükəsizliyinin təmin olunması istiqamətində diplomatik nümayəndəliklərin qarşısında mühüm vəzifələr qoyub. Bu baxımdan Prezident İlham Əliyevin tapşırıq və göstərişlərini əldə əsas tutan Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Ukraynada Koronavirus pandemiyası yayıldığı ilk gündən Xarkov və Sumı vilayətlərində yaşayan soydaılarımıza maddi və mənəvi köməkliyini davam etdirir. Bu baxımdan Azərbaycanın Xarkov Şəhərindəki Fəxri Konsulluğu sərhədlərin bağlanması ilə əlaqədar olaraq vətənə dönə bilməyən 100-dən çox Azərbaycan vətəndaşına himayədarlıq edir ki, onlarında əksəriyyəti tələbələrdir. Fəxri konsulluq sözü gedən soydaşlarımıza vaxt aşırı ərzaq və tibbi yardım göstərməklə yanaşı, onların evlə tımin olunmasını da öz üzərinə götürüb.
Azərbaycan dövlətinin hıyata keçirtdiyi ardıcıl tədbirlərin nəticəsi olaraq bu gün Ukraynada qalan Azərbaycan vətəndaşlatrından 194 nəfəri Kiyev-Bakı çarter reysi ilə Vətənə yola düşüb. Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun dəstəyi ilə 20 nəfər soydaşımız da Xarkov şəhərindən xüsusi avtobusla Kiyev hava limanına gətirilərək oradan Azərbaycana yola salınıb. Vətənə yola düşən soydaşlarımız, pondemiya dövründə onlara göstərilən diqqət və qayğıya görə fəxri konsul Əfqan Salmanova minnətdarlıqlarını bildiriblər.
Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğu pondemiya dövründə Xarkov və Sumı Vilayət Klinik Xəstəxanalarına virusa qarşı dərman və 50 minə yaxın tibbi maska hədiyyə edib. Bununla bağlı Xarkov və Sumı Vilayət admnistrasiyasının rəhbərliyi Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğuna təşəkkür məktubu göndərib. Məktubda bütün dönəmlərdə olduğu kimi pondemiya dövründə də Ukrayna xalqına maddi və mənəvi yardımı göstərdiklərinə görə Azərbaycan xalqına və dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.