Bəzi qadağalar yeni mərhələdə də saxlanılacaq
"Uşaq əyləncə mərkəzlərinin fəaliyyəti bərpa edilməyəcək. Eyni zamanda restoran kafe və iaşə obyektləri də hazırlanan metodiki göstərişlər əsasında fəaliyyət göstərəcək". DİASPOR.İNFO-nun verdiyi məlumata görə, bunu açıqlamasında TƏBİB sədri Ramin Bayramlı deyib.
R.Bayramlı əlavə edib ki, həmçinin qəlyan avadanlıq istifadə qadağası qalmaqdadır: "Koronavirusinfo.az-da əlavə "Qaydalar hamı üçün eynidir" keçid saytı yaradılacaq. Nazirlər Kabinetinin xüsusi sanitariya qaydalara riayət edilməsi ilə bağlı 1 may 169 nömrəli qərarına əsasən metodiki göstərişlərin pozulması halları zamanı burada qeyd edilən vatsap nömrəsinə aşağıdakı sahələrlə bağlı məlumat göndərilə bilər. Qida müəssisiləri; İctimai iaşə obyektləri; Turizm obyektləri, Ofislərin fəaliyyəti, Vətəndaş qəbulu ilə məşğul olan qurunların fəaliyyəti zamanı fotoşəkillərlə qayda pozuntularını bildirə bilərsiniz. Bu infeksiya bizimlə uzunmüddət yaşayacaq lakin sərt karantin qaydaları ilə yaşaya bilmərik. Bunun istər psixoloji, istər sosial həyatda istər iqtisadi həyata əks təsiri var. Bu xəstəlik sürətlə yayıla bilən xəstəlikdir. Bəzi xəstələr bunu çox ağır keçirilir. Buna görə də vətəndaşlar məsuliyyətli yanaşmalı, sosial məsəfəni saxlamalı və qaydalara riayət etməlidirlər. Əks təqdirdə qanunla müəyyən olunmuş qaydada cəza tədbirlərinə baş vuracağıq. Xaricdən gələn vətəndaşlarımız yoluxma sayının 20 faizini təşkil edir. Onlar çarter reysləri ilə ölkəyə gətirilməyə davam edir və yoluxma halları zamanı müalicəyə cəlb olunur".
Müəllif: Nigar Məmmədova