“Xəstələnəndən çox sağalan var” Sergey Şoyqu
Rusiya Federasiyası Silahlı Qüvvələrində, bir həftədən çoxdur ki, COVID-19 xəstələrinin sayından sağalanların sayı daha çoxdur. DİASPOR.İNFO RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə naziri Ordu generalı Sergey Şoyqu deyib.
"Demək istəyirəm ki, 8 May tarixindən etibarən həftə ərzində, demək olar ki, sutkada xəstələnmədən daha çox sağalma faktı diqqəti cəlb edir. Bu ciddi uğurdur və ümid edirəm ki, bu Silahlı Qüvvələrdə hər gün yoluxanların sayının günbəgün azalması deməkdir", deyə Sergey Şoyqu bildirib.
Müəllif: İnam Hacıyev
306