“İki həmsədrlə onlayn konfrans fürsətini müzakirə etdik” Qeyr Pedersen
Suriya ilə bağlı konstitusiya komitəsinin onlayn iclası, tərəflər arasındakı fikir ayrılıqlarına görə mümkün olmayıb. DİASPOR.İNFO xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT-nin xüsusi elçisi Qeyr Pedersen Cenevrədə keçirilən brifinqdə bəyan edib.
"İki həmsədrlə onlayn konfrans keçirmə fürsətini müzakirə etdik. Bu mövzuda razılıq əldə etmək mümkün olmadı. Təhlükəsizlik və digər mövzularla əlaqədar bir çox sual var idi. Ona görə də mövqelərindən qorxuram ki, konstitusiya komitəsinin virtual iclası keçirilə bilməz", deyə Pedersen bildirib.
Xüsusi elçi vurğulayıb ki, həmsədrlər koronavirus pandemiyası ilə bağlı vəziyyət imkan verdikcə Cenevrədə canlı görüş keçirməyə razılıq veriblər.
"Pandemiya vəziyyəti imkan verən zaman Cenevrəyə gəlməyə qərar verdilər və növbəti iclasın bütün proqramına razılıq verdik. Bu barədə hərtərəfli müzakirə etdik. Ümid edirəm ki, vaxt imkan verdikdə Cenevrədə görüşəcəklər və bu barədə yaxşı müzakirə aparacağıq", deyə BMT-nin xüsusi elçisi vurğulayıb.
Müəllif: İnam Hacıyev