“Tramp tamamilə haqlıdır” Vladimir Jirinovski
Vladimir Jirinovski koronavirus pandemiyasının səbəblərini araşdırmaq üçün bir komissiya yaratmaq ideyasını dəstəkləyib, lakin Ümumdünya Səhiyyə Təşkilatının qorunmasını da müdafiə edib. DİASPOR.İNFO RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Jirinovski öz Telegram kanalında yazıb.
Bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp ÜST direktoru Tedros Adhanom Qebreyesusa məktub yazaraq, 30 gün ərzində ABŞ-a ehtiyac duyduğu islahatları həyata keçirməsə Vaşinqton təşkilatın maliyyələşdirilməsini tamamilə dayandıracağını və üzvlüyünə yenidən baxacağını bildirib. Amerika Birləşmiş Ştatları prezidentinin sözlərinə görə, onun rəhbərliyi ÜST-nin koronavirus pandemiyası ilə bağlı uğursuzluğunu araşdırıb.
"Tramp koronavirusla əlaqədar bir komissiya yaratmaqda tamamilə haqlıdır. Bu infeksiyanın haradan gəldiyini, niyə dünyada yayılmasına qarşı sərt tədbirlərin bir vaxtda alınmadığını öyrənməliyik. Həqiqətən, başlanan epidemiya ilə əlaqədar təxirə salınmış xəbərdarlıqda günahkar olanlara qarşı sanksiya tətbiq edilsin" , deyə Jirinovski bildirib.
Müəllif: İnam Hacıyev