TƏBİB: "Vətəndaşların müqavimətinə rast gəlirik"
"Yevlax rayonunda virusa yoluxanların sayı çoxdur. Rayonun "Qaraçılar məhələsi"ndə yoluxma halları sıxlıq təşkil edir". DİASPOR.İNFO-nun verdiyi xəbərə görə, bunu Operativ Qərargahın keçirdiyi brifinqdə TƏBİB sədri Ramin Bayramlı deyib.
R.Bayramlı bildirib ki, burada biz vətəndaşlarımız tərəfindən əməkdaşlarımıza və nümayəndələrimizə qarşı müqavimətlə rastlaşırıq: "Buradan vətəndaşlarımıza müraciət edərək bildirmək istəyirəm ki, biz sizin sağlamlığınız üçün çalışırıq və prosedur bu istiqamətdə aparılır. O qeyd edib ki, bu hallar proseduru çətinləşdirir. Ramin Bayramlı qeyd edib ki, jurnalistlərin yoluxması ilə bağlı xüsusi bir statistika olmasa da televiziyalarımızdan birində 3 nəfər virusa yoluxub".
Müəllif: Nigar Məmmədova