• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan qlobal proseslərdə rolunu artırmaqda davam edir “The Japan Times”

29-05-2020, 13:30 | Baxılıb: 249
“Azərbaycan qlobal proseslərdə rolunu artırmaqda davam edir “The Japan Times”

Azərbaycan qlobal proseslərdə rolunu artırmaqda davam edir “The Japan Times”



Ölkəmizin Yaponiyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “The Japan Times” qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümünə həsr olunan məqalə dərc edilib. DİASPOR.İNFO xəbər verir ki, qəzet mayın 28-də nəşr olunan sayında səfir Gürsel İsmayılzadənin “Ölkə qlobal proseslərdə rolunu artırmaqda davam edir” (Counry is continuing to increase its role in global processes) adlı məqaləsini və Bakı şəhərinə aid fotoları yayımlayıb.

Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 1918-1920-ci illərdə müsəlman dünyasında parlament respublikası modeli əsasında qurulmuş çoxpartiyalı ilk demokratik dövlət olduğu xüsusi vurğulanıb. Qeyd edilib ki, AXC müsəlman dünyasında qadınlara səsvermə hüququ vermiş ilk dünyəvi müsəlman dövləti olub. Bildirilib ki, 1918-ci il mayın 28-də AXC-nin yaranması Azərbaycan xalqının böyük nailiyyətidir. Həmin vaxt ölkəmizin qısa müddət ərzində müstəqil olmasına baxmayaraq, Azərbaycan dili rəsmi dövlət dili kimi təsdiq edilib, Azərbaycanın bayrağı və digər dövlət atributları qəbul olunub, Silahlı Qüvvələr yaradılıb. Həmçinin Azərbaycan özünü dünyada tanıtmaq üçün fəal xarici siyasət aparıb.

Məqalədə 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən, o dövrdə qarşılaşdığı problemlərdən də bəhs olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın dövlətçiliyin inkişafı yolunda inamla addımladığı, ölkədə davamlı siyasi-iqtisadi islahatların həyata keçirildiyi vurğulanıb. Dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verilib, o cümlədən iqtisadiyyat, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən və gələcəkdə nəzərdə tutulan müxtəlif layihələr barədə söhbət açılıb. Azərbaycanın qlobal enerji bazarında vacib yer tutduğu və regionda mühüm tranzit ölkə kimi artan nüfuzu haqqında bəhs edilib.

Bildirilib ki, cari ildə Azərbaycan bu bayramı bütün dünyada koronavirus pandemiyasının yayıldığı bir dövrdə qeyd edir. Vurğulanır ki, koronavirusla əlaqədar məlumatların vaxtında çatdırılması və lazımi profilaktik tədbirlərin görülməsi ölkədə bu virusun daha geniş yayılmasının qarşısını almağa imkan yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin pandemiya dövründə vətəndaşların sağlamlığının mühafizəsini və sosial müdafiəsini prioritet elan etməsi bu məsələdə xüsusi rol oynayıb.

Məqalədə Azərbaycanın yalnız ölkə daxilində koronavirusa qarşı səmərəli mübarizə aparmadığı, həmçinin regional və qlobal səviyyədə bu bəlaya qarşı həmrəyliyi və birliyi möhkəmləndirməyə çalışdığı xüsusi vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərinin videoformatda keçirilməsi buna bariz nümunə kimi göstərilib.

Yazıda Azərbaycan-Yaponiya münasibətlərinə də xüsusi yer verilib, iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirildiyi qeyd edilib. Ölkələrimiz arasında münasibətlər, iqtisadi, o cümlədən enerji və qeyri-enerji sektorlarında əməkdaşlıq haqqından bəhs edilib. Xatırladılıb ki, Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 10-cu Birgə İclası ötən il noyabrın 21-də Yaponiyanın paytaxtı Tokio şəhərində hər iki tərəf üçün səmərəli şəkildə keçirilib.скачать dle 10.6фильмы бесплатно


249

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib
Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib
Məktəblərdə ikinci yarımil başlayıb
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb
Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib
DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

Ombudsmanın Cənub Regional Mərkəzi tətəfindən "Sülh və inkişafın təmin edilməsində təhsilin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib

Məktəblərdə ikinci yarımil başlayıb

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başlayıb

Azərbaycan və İsrail müdafiə nazirlərinin telefon danışığı olub, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb

Türkiyə XİN: "Rusiya ilə təmaslar davam eləməsə, sülh əldə etmək mümkün olmayacaq"

GEYK təşkilatı Ermənistanın ətraf mühitə vurduğu zərər barədə açıqlama yayıb

Azərbaycanın İrandakı səfirliyinə qarşı hücum Ukrayna KİV-lərinin diqqət mərkəzindədir

ŞƏHİD FƏQAN MƏMMƏDOV ÖLÜMÜN ÜZÜNƏ DİK BAXAN VƏ ŞANLI TARİX YAZAN QƏHRƏMANLARDANDIR.-FOTO-VİDEOLAR.

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.