NAXÇIVANA BİRDƏ NİKALAYEVDƏN BAXSAQ NƏ GÖRƏRİK?
HEYDƏR ƏLİYEVİN NAXÇIVANA RƏHBƏRLİK ETDİYİ DÖVRDƏ OLDUĞU KİMİ, BU GÜN VASİF TALIBOV CƏNABLARININ DA, RƏHBƏRLİYİ DÖVRÜNDƏ NAXÇIVAN MR-DA KADRLARA HARADA DOĞULDUĞUNA GÖRƏ DEYİL, SAVADINA GÖRƏ QİYMƏT VERİRLƏR. TƏKCƏ ƏLAHİDDƏ QOŞUNUN VƏ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN GENERALLARINA DİQQƏT YETİRSƏK DEDİKLƏRİMİN TƏSDİQİNİ GÖRMƏK OLAR.
İLHAM KƏRİMOV.
NİKALAYEV ŞƏHƏRİ.
DİASPOR.İNFO saytının Ukrayna bürosu karantin dövründə də, tanınmış soydaşlarımızdan müsahibələr götürərək, onları oxucularımızla da tanış edir. Saytımızın əməkdaşları Ukraynanın Nikalayev şəhərində yaşayan
maraqlı bir Azərbaycanlı ilə telefon əlaqəsi yaradaraq, həmsöhbət olublar.
İlham Kərimov Ukraynada, xüsusən də, Nikalayev şəhərində iş adamı kimi tanınan soydaşlarımızdandır. İlham müəllim baxmayaraq ki, Masallı rayonunun Xıl kəndində doğulub, ancaq uşaqlıqda Naxçıvanda da, yaşayıb və bir müddət orta məktəbə də, gedib. İlham Kərimov Nikalayev vilayətində yaşayan fəal diaspor üzvlərindən sayılır. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikalayev vilayəti üzrə sədri Yunus Alıyev, bizimlə söhbətində İlham müəllim haqqında belə dedi: bu insan vətənini, dövlətini sevən biridir.
İlham müəllim hazırda Ukraynada restoran biznesilə məşğuldur, Azərbaycan mətbəxtini yüksək səviyyədə təbliğ edən soydaşlarımızdandır.
İ. Kərimov deyir ki, mən Naxçıvanda gördüyüm yaxşı işləri hansı məkanda oluramsa, orada onu xüsusi olaraq qeyd edirəm: Mən Naxçıvana bağlı adamam, özümdən asılı deyil, o torpağın insanlarına məhəbbətim sonsuzdur. Bilmirəm, bəlkə də, orada qohumlarım var ona görədir?!
Təssəvvür edirsinizmi cavan vaxtlarım idi, Ümummilli liderimiz Heydər Əliyev hələ Naxçıvanda yaşayır və Naxçıvan MR-sı Ali məclisinin sədri idi.
Çox ağır günlər idi, bütün Azərbaycan xalqının ümid yeri məhz Heydər Əliyev idi.
Mən Naxçıvan bazarında limon satırdım. Birdən kimsə mənə dedi ki, Heydər Əliyev bazara gəlir. Düşündüm ki, bazar böyükdür, onu yaxından görmək çətin ki, mənə də, qismət olsun. Birdə baxıb gördüm ki, Ulu öndər qarşımda dayanıb. Çox səmimi bir münasibət göstərərək, dedi: ”Bu limonlar Lənkarandandır?”, cavab verdim ki, xeyir Masallıdandır. Biraz səmimi söhbət elədi, bu ağır günlərdə Masallıdan Naxçıvana limon gətirməyimə qiymət verdi, zəhmətkeş insan olduğumu önə çəkdi. Bəlkə də, qonaq olduğuma görə, könlümü almaq xətrinə mənə şirin sözlər də deyib getdi. Ömrümün ən xoş anları idi. Dünya şöhrətli siyasətçi, həm də, mənim sevdiyim, fanatı olduğum bir şəxsiyyət, mənimlə çox səmimi söhbət etmişdi.
Bilirsiniz Naxçıvan mənim niyə xoşuma gəlir?, orada Heydər Əliyev məktəbi bu gün də, davam edir. Təməlini Ümummilli liderimiz necə qoyubsa Naxçıvan MR-sı Ali məclisin sədri Vasif Talıbov da, olduğu kimi də, davam etdirir.
Odur ki, mən bu gün tam əminliklə deyirəm: ” HEYDƏR ƏLİYEVİN NAXÇIVANA RƏHBƏRLİK ETDİYİ DÖVRDƏ OLDUĞU KİMİ, BU GÜN VASİF TALIBOV CƏNABLARININ DA, RƏHBƏRLİYİ DÖVRÜNDƏ NAXÇIVAN MR-DA KADRLARA HARADA DOĞULDUĞUNA GÖRƏ DEYİL, SAVADINA GÖRƏ QİYMƏT VERİRLƏR. TƏKCƏ NAXÇIVAN ƏLAHİDDƏ QOŞUNUN VƏ FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN GENERALLARINA DİQQƏT YETİRSƏK DEDİKLƏRİMİN TƏSDİQİNİ GÖRMƏK OLAR.”
Bax, məhz bu keyfiyyətlərə görə Naxçıvana ayrıca hörmətim vardır. Bəlkə də, tanıdığım insanlar olmasaydı belə əminliklə danışmazdım. Lənkərandan, Qərbi və Gürcüstan Azərbaycanlılarından belə generallarımız Naxçıvanda dövlətimizə xidmət edir.
[/center]
Bəlkə də, çoxlarına bu adi hal kimi gələ bilər. Bəli, əgər Azərbaycanın digər bölgələri olsaydı bu adi hal olardı. Naxçıvan yeganə yerdir ki, Azərbaycanın digər bölgələri ilə quru əlaqəsi yoxdur. Təssəvvür edin, nə qədər geosiyasi baxımdan vacib bir yaşayış məskənimizdir. Burada yerli kadrlara daha çox üstünlük verilməlidir ki, ən azından ərazini yaxşı tanıyıb, insanlarına bələd olsunlar. Yoxsa bəzi regionlarımızda olduğu kimi müxtəlif dini cərəyanlar, ekstremis qüvvələrin Naxçıvana da, mənfi təsirləri olardı. Bütün bu çətinliklərə baxmayaraq Naxçıvan MR Ali məclisin sədri Vasif Talıbov cənabları, kadrlara yaşına, doğulduğu məkana vəyaxudda, başqa keyfiyyətlərinə görə deyil, yalnız savadına və iş qabiliyyətinə görə, əsasən də, gənc kadrları irəli çəkir. Düzdür, şəxsən tanıdığım bir çox insanlar da, vardır ki, məhz Naxçıvanla gediş-gəlişin həddən artıq çətin olmasına görə digər bölgələrdə işləməyi daha müvafiq sayırlar. Bu da, təbiidir, axı bizim mental dəyərlərimiz var. Məsələn: Tutaq ki, Gəncədə işləyən hər hansı bir məmurun Bakı şəhərinə, öz valideyninə baş çəkmək üçün paytaxta getməsi bir neçə saat məsələsidir. Əgər həmin məmur Naxçıvanda işləyərsə və atasına baş çəkmək istəyərsə, bu artıq onun öz əlində deyildir. Belə ki, hava şəraiti təyyarənin uçmasına imkan vermirsə, sözügedən məmur günlərlə paytaxta gedə bilməyəcəkdir, çünki Naxçıvan “Blokada” şəraitində yaşayır. Bütün bu kimi məsələlər bir çoxlarını seçim qarşısında qoyur.
Mən onsuzda Azərbaycana yaşamağa getmirəm, odur ki, kiməsə xoş gəlsin deyə tərif də demirəm. Səmimiyyətimə inanın, bəzən həmkəndlilərim, vəyaxudda, digər soydaşlarımızdan yanıma gələnlər olur, çay süfrəsi arxasında xeyli söhbətləşirik. Əksəriyyətinin fikiri budur ki, Naxçıvanda işləmək daha rahatdır, çünki orada səndən bir şey tələb edirlər ”Qanunla işlə və Qanuna Hörmət Et”.
Mən hesab edirəm ki, dünyada ən öndə olan və Azərbaycana barmaq silkələyən siyasətçiləri Naxçıvana qonaq gətirmək və buradakı idarəçiliyi onlara göstərmək lazımdır. İnanın ki, Azərbaycan haqqında mənfi fikirlər söyləyənlər belə Naxçıvan səfərindən sonra öz fikirlərini müsbətə doğru dəyişəcəklər.
Ola bilsin ki, kimlərsə mənim bu fikirlərimi qısqanclıqla qarşılayacaqdır, ancaq “NAXÇIVAN AZƏRBAYCANIN AVROPASIDIR” VƏSSALAM.
Altı il əvvəl Naxçıvana qohumlarımın toyuna getmişdik, qəribə burasındadır ki, hətta toyu idarə edən tamada belə şəhərin təmiz saxlanılması üçün insanlara, gələn qonaqlara müraciət edirdi. Mənim az yaşım yoxdur, özümə görə çox yerlərdə olmuşam. Naxçıvan kimi təmiz yer, qayda-qanunun işlədiyi yeri heç bir yerdə görmədim. Mənə elə gəlir ki, insanları nə qədər yaxşı olsa da, qanuna riayət etsələr də, rəhbərlikdən də, çox şey asılıdır. Mən orada olarkən sürücülərin hamısının kəmərdən istifadə etdiyinin, piyada keçidlərində insanlara qarşı çox mədəni davranıldığının şahidi oldum. Bəs bütün bunları kim yaradıb?
Hesab edirəm ki, müasir Naxçıvanın qurulmasında Naxçıvan MR-sı Ali məclisinin sədri Vasif Talıbovun xidmətləri misilsizdir.
Əgər bu gün Naxçıvanla Bakı arasında dəmir yolları, avtomobil yolları digər regionlarda olduğu kimi olsaydı Azərbaycan iqtisadiyyatı daha da, inkişaf etmiş olardı.
Hə, unutmamış bir şeyi də, xüsusi olaraq vurğulamaq istəyirəm, “ermənilər Naxçıvandan daha çox qorxurlar”.
İnanıram ki, Ali baş komandan irəli əmrini verərsə, Naxçıvan Zəngəzuru tam azad edərək, Naxçıvanla paytaxtımızın quru əlaqəsini yaratmağa qadirdir.
DİASPOR.İNFO
UKRAYNA