Türkiyədə 3 il seçkilər keçirilməyəcək - Dövlət Bağçalı
“Türkiyədə 2023-cü ilin iyun ayına qədər seçkilər keçirilməyəcək”. DİASPOR.İNFO-nun məlumatına görə, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı deyib.
MHP lideri yerli mediada erkən seçkilərin keçiriləcəyi ilə bağlı yayılan məlumatlara belə cavab verib: “Parlament seçkiləri 2023-cü ilin iyun ayında keçiriləcək. Erkən seçki iddiaları tələdir, kirli niyyətdir, dibi uçurum olan bir oyundur. Türkiyədə bu tələyə düşəcək və oyuna girəcək ağılsız yoxdur”.
Müəllif: Aysel Məmmədova
310