Naxçıvanda Gənclər Fondu tərəfindən maraqlı onlayn layihələr həyata keçirilir
DİASPOR.İNFO NUHÇIXAN İnformasiya Agentliyinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən bir sıra onlayn layihələrin reallaşdırılması davam edir. Məqsəd gənclərin və yeniyetmələrin asudə vaxtlarını əyləncəli və səmərəli keçirilməsini təmin etməkdir.
Gənclər Fondunun sosial şəbəkələrdəki səhifələrində maraqlı onlayn layihələr “Çox bilmiş” müsabiqəsi və “Onlarla birgə” layihəsi davam etdirilir.
Həmçinin fondda xaric dillər və kompuyter bilikləri üzrə kurslar təşkil edilir. Kursda iştirak edib imtahandan keçən gənclərə Fond tərəfindən sertifkatlar verilir.
Qeyd edək ki, aksiyalardan yararlanmaq istəyən hər kəs fondun sosial şəbəkələrdəki səhifələrindən məlumat alaraq onlayn tədbirlərə qoşula bilər.
404