Karantin rejimi sərtləşdirilir.
Karantin rejiminin uzadılması ilə əlaqədar Diaspor.info saytına müsahibə verən Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov bildirib ki, son statistik məlumatlara görə COVİD-19-un Azərbaycanda yayılma tempi artan şkala üzrə çoxalmışdır.
Nazirlər Kabineti yanında Operativ qərargahın verdiyi açıqlamaya görə həftəsonu karantin rejimi ciddi sərtləşdiriləcək.
İnsan özü anlamalıdır ki, maska taxmadan hərəkət etməməlidir. Biz bu yolla risk qrupuna aid olan yaşlı insanlarımızı, ailəmizi və ətrafımızı qoruya bilərik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COVİD-19 pandemiyasının minimum itkilərlə xalqımıza təsirini azaltmaq üçün insanpərvər, humanist addımlar ataraq lazımi, vacib, əhəmiyyətli qərarlar verdi.
Təəssüflər olsun ki, ilkin dövr üçün bu öz nəticəsini verdi. Ancaq son günlər isə yayılma tempi artdığı üçün sərtləşdirici qərarların qəbul edilməsini şərtləndirən amillər bizi məcbur edir ki, xalqımızı, dövlətimizi ən az itkilərlə bu bəladan qoruya bilək.
Azərbaycan Respublikaçılar Partiyası xalqa müraciət edərək səbrli olmağı, evdə qalmaqla, həmrəylik göstərməklə sərtləşdirilmiş qaydalara insanlarımızı məcbur etməliyik.
Hamımıza bəllidir ki, Çin bu cür məcburi qaydaların hesabına koronavirusa qalib gəldi. Biz də buna könüllü olaraq əməl etməliyik.
Azərbaycan vətəndaşı olaraq dövlətimizin yanında olmalı, qərarlara anlayışlı yanaşmalı və qəbul edilmiş qərarlara əməl etməliyik.
Ona görə də inanılmaz bir xəstəliyin nə qədər təhlükəli olduğunu anlayaraq, qoruyucu tibbi maskalardan istifadı edib, ictimai nəqliyyatda, market və mağazalarda sosial məsafəni qorusalar, biz tezliklə bu bəladan qurtula bilərik.
Bir daha xalqımızı özlərinin və yaxınlarının sağlamlığını qorumaq üçün qoyulan qaydalara əməl etməyə çağırırq.
Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında işturak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır.
Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, qərargahın tövsiyələrinə əməl etməlidir.
Diaspor.info
Bakı.