Erməni QHT: Rusiya Ermənistandakı rus hərbi bazası ilə bağlı erməni-rus müqavilə və razılaşmalarını pozmağa davam edir
“Rusiya Ermənistan ərazisində cinayətlər törətmiş öz hərbi qulluqçularının işlərinin istintaqına mane olaraq Ermənistandakı rus hərbi bazası ilə bağlı erməni-rus müqavilə və razılaşmalarını pozmağa davam edir”.
Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Məlumatlı Vətəndaşlar Birliyi” adlı QHT bildirib.
“Məsələn, 2015-ci ilin yanvarında Gümrüdə Avetisyanlar ailəsini öldürmüş hərbi qulluqçu Valeri Permyakovu müqavilənin pozulması ilə Rusiya hərbi qulluqçuları həbs etmişdilər, bundan sonra onlar onu Ermənistan polisinə təhvil verməyə borclu idilər.
Rus tərəfi nüqavilələri pozaraq həmin Permyakovun hərbi bazadan silahla qaçması barədə dərhal yox, yalnız 7 saat sonra məlumat vermişdi, həmin vaxt Avetisyanlar ailəsi artıq öldürülmüşdü”, - deyə təşkilat qeyd edib.