“Uğursuzluqlarına görə xalqı günahlandırma” Artur Vanetsyan
Ölkəni idarə edə bilməyən, yenidən məsuliyyəti insanların üzərinə atmaqla, günahı vətəndaşlarda görməklə, təkəbbürlülük nümayiş etdirir və onları təhqir edir. DİASPOR.İNFO Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu fikirləri "Rodina" partiyasının sədri, Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Artur Vanetsyan "Twitter" dəki mikrobloqunda paylaşıb.
"Əsrlər boyu erməni xalqının apardığı mübarizə ilə indi sən bazarlıq edirsən. Uğursuzluqlarına görə xalqı günahlandırmağa cəsarət etmə", deyə Vanesyan Paşinyanı hədəfə alıb.
Xatırladaq ki, bu gün səhər Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində canlı yayımda elan edib ki, koronavirusla bağlı işlər pisdir, 723 yeni yoluxma hadisəsi aşkarlanıb. O, bu gün səhər Sevandan qayıdarkən hər yerdə insanların anti-epidemioloji qaydalara məhəl qoymadığını və maska taxmadığını vurğulayıb. Bundan əvvəl də Paşinyan dəfələrlə koronavirusun yayılmasına qarşı mübarizədə məsuliyyəti, günahı vətəndaşların üstünə atmağa çalışmışdı.
Müəllif: İnam Hacıyev