Virusun səhiyyəmizə verəcəyi qalıcı ziyanın qarşısını almaq üçün addınlar atılır
"Operativ Qərargah tərəfindən yumşalmaya doğru gedərkən dünya təcrübələrinə də əsaslanaraq burada vətəndaş məsuliyyəti xüsusilə vurğulanmışdı. Təəssüflər olsun ki, insanların epidemioloji vəziyyətə zidd hərəkətləri karantin rejiminin uzaldılmasına və sərt rejimin tətbiq olunmasına gətirib çıxardı. Bu gün xəstəxanalardakı çarpayı sayının məhdudlaşması, reanimasiyada yatan xəstələrin vəziyyətinin şiddətinin artması, virusun insanın digər orqanlara vurduğu zədə bizi çox narahat edir. Arzulamadığımız vəziyyətin ölkəmizə və Azərbaycan səhiyyəsinə verəcəyi qalıcı ziyanın qarşısını almaq üçün bu addınlar atılır". DİASPOR.İNFO xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi, Operativ Qərargahın tibbi eksperti Rəşad Mahmudov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Müəllif: Nigar Məmmədova