Simptomsuz xəstələr evdə müalicə alacaq
"Simptomu zəif olub və siptomsuz xəstələrin evdə müalicəsi ilə bağlı Operativ Qərargah tərəfindən qərar qəbul edilib. TƏBİB tərəfindən bu qərarın tətbiqi ilə bağlı artıq bu istiqamətdə hazırlıq işləri görülüb. Biz evdə müalicə alacaq xəstələrimizi nəzarət altında saxlayacağıq. Onlar 14 gün ərzində özlərini sosial izolyasiya etməlidirlər. Onların evi tərk etməməsinə də diqqət ediləcək. Onlarla mütəmadii əlaqə saxlanılacaq. Vəziyyət ağırlaşdığı halda isə onlar xəstəxanalara təxkiyyə ediləcək". DİASPOR.İNFO xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Müəllif: Nigar Məmmədova
336