Qısamüddətli məhdudiyyətlər uzunmüddətli karantin rejiminə hazırlıq idi
"Tətbiq olunan qısamüddətli məhdudiyyətlərin tətbiqi ilə düşünülmüş addımlar atılmışdır. Bu xarici mütəxəssislərin təcrübələrinə və təcrübələrin nəticələrinə əsaslanaraq atılmış addımlardır. Qısamüddətli məhdudiyyətlər tətbiq etməklə biz uzunmüddətli karantin rejiminə hazırlıq mərhələsinə hazırlaşdıq. Daha öncə səhiyyəmizin strukturları xəstəliklə mübarizədə tam hazırlıqlı deyildi. Bu xəstəliklə bağlı təhlillərin aparılmasına ehtiyac var idi. Aprel ayında tətbiq edilən sərt karantin rejimi vasitəsilə biz bütün bunları həyata keçirə bildik". DİASPOR.İNFO xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Müəllif: Nigar Məmmədova