Dünən Serbiyada parlament, regional və bələdiyyə seçkiləri keçirilib. DİASPORİNFO-nun verdiyi məlumata görə, ölkənin seçki komissiyası bildirib ki, səsvermə yerli vaxtla saat 08:00-dan başlayıb. Seçki siyahısında 6 584 376 nəfər seçicinin adı qeyd olunub.
Qeyd edək ki, Serbiya ərazisindən əlavə, Kosovo və Metohija muxtar vilayətində də seçkilər keçiriləcək.
Müəllif: Ceyhun Rasimoğlu
408