Peru rəhbərliyi koronavirusa görə fövqəladə vəziyyət rejimini iyulun 31-dək uzadıb
Peru rəhbərliyi koronavirusun yayılmasının qarşısını almaq üçün fövqəladə vəziyyət rejimini iyulun 31-dək uzatmaq qərarına gəlib.
DİASPOR.İNFO xəbər verir ki, bu barədə "EL Comerico" qəzeti bildirib.
Qeyd edilib ki, ölkənin sərhədləri ən az avqusta qədər bağlı qalacaq, lakin karantin tədbirləri zəifləyəcək. Beləliklə, məcburi karantin yalnız 14 yaşa qədər uşaqlar və 65 yaşdan yuxarı vətəndaşlar üçün qalacaqdır.
Peruda hazırda koronavirusa yoluxanların sayı 272 364 nəfərdir, 8 939 nəfər vəfat edib, 159.806 xəstə sağalıb.
311