Avropa məzarlıqlarına yer qıtlığı: İkinci dalğa sarsıdıcıdır! ANALİTİK
COVID-19 təhlükəsi qalmaqdadır...
Artıq dünyada koronavirusa yoluxanların ümumi sayı 10 milyon 244 mini keçib. DİASPOR.İNFO xəbər verir ki, euronews-ə görə, bu barədə Con Hopkins universiteti qənaətə gəlib. Belə ki, Aİ ölkələri arasında ən baha ödəyici İtaliyadır, orada ölənlərin sayı 35 mindir.
Ümumiyyətlə, istər Avropada, istərsə də digər qütblərdə vəziyyət get-gedə daha da ağırşalmaq üzrədir. Bu barədə gündəlik informasiyalar, məlumatlar və izlədiyimiz süjetlərdən də görür, nəticələr çıxarırıq. Səbəb isə birdir: məsuliyyətsizlik, inamsızlıq və bu kimi digər hallar. Əslində isə, hər şey tam əksinə də ola bilərdi...
İtaliya prezidenti: “Biz nəinki bizləri tərk edənlərin xatirələrini yad etməliyik, həmçinin pandemiyanın bizə vurduğu fəsadlardan dərs çıxarmalıyıq"
Məsələn, Lombard Berqamosunda epidemiyanın ən qızğın dövründə hətta məzarlıqlarda belə, yerlər çatışmayıb. Həmin məzarlığı ölkə prezidenti Serjio Mattarella da ziyarət edib.
O, koronavirusdan ölənlərin xatirəsinə həsr olunmuş tədbirdə deyib: “Biz nəinki bizləri tərk edənlərin xatirələrini yad etməliyik, həmçinin pandemiyanın bizə vurduğu fəsadlardan dərs çıxarmalıyıq, çünki sistem, tələb olunan qərarları hər dəfə icra etmək gücündə olmayıb”.
Berqamo tibb işçiləri daha 13 min yoluxma halını müəyyən ediblər və yoluxanların hər dördüncüsü həyatını itirib.
Britaniya Leysterində vəziyyət nəzarətdən çıxır
Mütəxəssislər də bildirirlər ki, pandemiya ilə heç də hər şey başa çatmayıb: demək olar ki, hər gün on minlərlə yoluxanlar müəyyən olunur, bir sıra ölkələrdə hökumətlər artıq ikinci dəfə təcridolunma qaydalarını və məhdudiyyətləri tətbiq edirlər. Söhbət xüsusilə Britaniya Leysterindən gedir. Oradakı vəziyyət elə kəskinləşib ki, hətta ölkənin daxili işlər naziri Pritti Patel bir daha Birləşmiş Krallıq sakinlərini tələb edilən sanitar məhdudiyyətlərə riayət etməyə çağırıb: "Bizim üçün ən qorxulu hal budur ki, epidemiyanın ikinci dalğası baş verə və biz də dövlətin ərazisində yenidən ciddi karantin rejimi tətbiq edə bilərik”.
“Prezident Bolsonarunun COVID-19-u “yüngül qrip” adlandırdığı virus bu Cənubi Amerika ölkəsinin sakinlərinin 57 mindən artıq insanının həyatının itirllməsinə səbəb olub”
Yeri gəlmişkən, pandemiya başlayan andan ona qarşı "partizan müharibəsi" elan edən Braziliyanın prezidenti Bolsonarunun son anda xalqına nə cavab verəcəyi də çox maraqlıdır. Belə ki, aparılan araşdırmalar və statistika da göstərir ki, Braziliyada isə xəstələnənlərin sayı bir həftədə 2 milyon insana çata bilər, çünki orada gündəlik olaraq on minlərlə koronavirus daşıyıcıları aşkarlanır.
Eyni zamanda, “Prezident Bolsonarunun COVID-19-u “yüngül qrip” adlandırdığı virus bu Cənubi Amerika ölkəsinin sakinlərinin 57 mindən artıq insanının həyatının itirllməsinə səbəb olub”, deyə sayt yzır. Göründüyü kimi, vəziyyətin bu həddə çatmaması üçün həqiqətən də məsuliyyətli olmaq vacibliyi bir daha özünü təsdiq edir. Hər halda, Avropada və Cənubi Amerika ölkələrində baş verən hadisələr də belə nəticəyə gəlməyə kifayət qədər zəmin yaradır...
Rövşən RƏSULOV