E-TABİB MOBİL XİDMƏTİ İŞLƏMİRSƏ BU XİDMƏT KİMƏ LAZIMDIR?
Aylardır Naxçıvanda ilişib qalan bir neçə sərnişin DİASPOR.İNFO saytının Naxçıvan bürosuna müraciət edərək TƏBİB-in yarıtmaz fəaliyyətindən şikayətçi olublar. Əməkdaşlarımız məsələyə müdaxilə edərək yerindəcə araşdırma aparıblar. İTS.GOV.AZ-dan telefonuna gəlmiş sms lə bağlı araşdırma aparılıb. Sms-də yazılıb ki, hörmətli Ələkbərov sizin COVİD-19 -la bağlı verdiyiniz analizin nəticəsi hazırdır. Nəticəni E-TABİB mobil tetbiqi vasitəsi ilə əldə edə bilərsiniz.
Bizim əməkdaşlarımız da, internet resurslarından yaxşı anladığı üçün E-TABİB mobil tətbiqi telefonuna yükləyərək bu xidmətdən yararlanmaq istəyib. Bir gün, yəni 24 saat bu xidmətə daxil olmaq olmayıb. Fin kod yanlışdır sözü yazılıb. 8113-ə zəng edərək məsələyə aydınlıq gətirilməsini, vəyaxud da kömək istənilib. 8113-dən deyilib ki, çox güman sistemimizdə problem var, biz sizin fin kodu götürüb yönləndirəcəyik. Bir gün sonra sizə məlumat veriləcək. Vətəndaş onlara başa sala bilmir ki, bir gün sonra gecdir, mən bu gün təyyarəylə uçuram. Bəlkə koronavirusa yoluxmuşam, niyə kimisə yoluxdurmalıyam?
Bundan əlavə İTS-üzrə Dövlət agentliyinə də zəng edilib. Heç kim heç nə bilmir.
Bu nə biabırçılıqdır?
Məgər vətəndaşa böyük hərflərlə " E-Tabib mobil tətbiqinə daxil olaraq analizin cavabını öyrənə bilərsiniz" kəlməsini yazanadək bir kəlmə pozitiv-neqativ yazmaq olmur?
Axı bu nədir? soyğunçuluq?
Kasıb, savadsız vətəndaş haradan bilsin ki, E-TABİB mobil tətbiqi nədir?
Bu bilərəkdən edilir?, bəlkə də,savadsızlıqdan irəli gəlir, ancaq insanları bu qədər incitmək olmaz.
Diaspor.info