BAMF prezidenti Umud Mirzəyev Ölkə Prezidentinə müraciət edib - “İnformasiya savaşında əcnəbi jurnalistlərin ölkəmizlə bağlı fədakarlıqları hər cür diqqət və sayğıya layiqdir”
Milli Mətbuatımızın 145 İllik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalayıb. Sərəncamda jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması məsələsi də yer alıb. Sərəncamla bağlı əməkdaşımıza açıqlama verən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Mirzəyev ölkə prezidenti cənab İlham Əliyevə əcnəbi jurnalistlərin mükafatlandırılması barədə müraciət etdiyini də bildirib. “Uzun illərdir ki, ölkəmizə təmənnasız xidmət edən, səsimizi yüksək tribunalardan səsləndirən çoxsaylı əcnəbi jurnalistlərlə əməkdaşlıq edirik. Ermənistanın Azərbaycana qarşı işgalçılıq siyasəti, Dağlıq Qarabağda və ona bitişik ərazilərdə baş verən və bu gun də davam edən talanlar həm də bu insanların göstərdikləri böyük fədakarlıqlar sayəsində beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmış və çatdırılmaqdadır. Müstəqillik əldə etdiyimiz ilk illərdə xarici jurnalistlərin ölkəmizə səfərləri əksər vaxtlarda şəxsi münasibətlər və təşəbbüslər hesabına reallaşırdı. Ölkəmizə səfər edən həmin jurnalistlər çox vaxt öz həyatlarını təhlükəyə atır və tez-tez də erməni lobbisi tərəfindən güclü təzyiqlərə məruz qalırdılar. Hesab edirəm ki, həmin insanlar xalqımız və dövlətimiz tərəfindən hər cür sayğıya və mükafata layiqdirlər.
Bu gün ölkəmiz beynəlxalq media ilə əməkdaşlıq sahəsində xeyli nailiyyətlərə imza atıb. Beynəlxalq medianın diqqətini cəlb etmək üçün uğurlu layihələr icra edilir. Heydər Əliyev Fondunun beynəlxalq media qurumları ilə peşəkar əməkdaşlığını, çoxsaylı tanıtım layihələrini, "Xocalıya Ədalət" kampaniyası və digər təşəbbüslərini xüsusi qeyd etmək istərdim”, deyə Umud Mirzəyev bildirib. Daha sonra O, sözlərinə davam edərək qeyd edib ki, BAMF-ın fəaliyyətinin əhəmiyyətli bir hissəsini əcnəbi jurnalistlərlə əməkdaşlıq təşkil edir. “Biz hələ 90-cı illərin əvvəllərindən başlayaraq ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin obyektiv işıqlandırılması üçün jurnalistlərin, yazarların, vətəndaş fəallarının, xalq diplomatlarının, parlament üzvlərinin, beynəlxalq ekspertlərin münaqişə bölgəsinə, zərərçəkmiş və işğaldan azad olunmuş ərazilərə çoxsaylı səfərlərini təşkil etmişik. Səfərdə olan insanların arasında dünyada tanınan, nüfuz sahibi olan Yuriy Pompeyev, Aleksey Sukanov, Boris Qolovin, Yevgeni Mixaylov, Andrey Edokov (Rusiya), Riçard Lapaytis (Litva), Modris Auzenş, Tatyana Çaladze (Latviya), Uli Rotfus (Almaniya), Arye Qut (İsrail), Malik Ayub Sumbal (Pakistan), Şuxrat Barlas (Özbəkistan), Cim Klensi, Piter Teys (ABŞ), Adel Dərviş (Böyük Britaniya), Andraş Biro (Macarıstan), Sami Əl-Hac, Hazem Abuvafta, Ziyad İbrahim (Əl Cəzirə, Qətər) kimi jurnalistlərin, ictimai xadimlərin adlarını qeyd etmək istərdim”, deyə Umud Mirzəyev bildirib.
Bu insanların hər birinin hazırladığı reportajın, yazı və məqalələrin beynəlxalq mediada ciddi təsirə malik olduğunu bildirən U. Mirzəyev əcnəbi jurnalistlərin
gördüyü işlərlə bağlı bir neçə faktı bizimlə bölüşüb. “Məlum idi ki, 2016-cı il aprel hadisələrində işğalçı erməni hərbi qüvvələri fosforlu mərmilərdən istifadə etmişdirlər. Bunu isə onlar qətiyyətlə inkar edirdilər. O, zaman Əl-Cəzirə televiziyasında dostlarımızın sayəsində ermənilərin istifadə etdikləri həmin mərmilərin diplomatik nümayəndələrin iştirakı ilə zərərsizləşdirilməsi əməliyyatı dünyaya yayımlandı. Ölkə rəhbəri aprel döyüşlərindən dərhal sonra 2016-cı ilin may ayında İstanbulda keçirilən Dünya Humanitar Sammitində düşmənin bu mənfur hərəkətini yüksək tribunadan beynəlxalq ictimaiyyətə bəyan etdi”.
“Və yaxud Xocalı faciəsinin, Qarabağda baş verənlərin canlı şahidi Riçard Lapaitis haqda danışmaq istəyirəm. Biz onunla 90-cı illərin əvvəllərindən əməkdaşlıq edirik. Xocalı faciəsinə həsr olunan və Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən "Sonsuz Dəhliz" filmində onun gördükləri, bildikləri lentə alınıb. O, bu filmin baş qəhrəmanıdır. Xocalı faciəsinin canlı şahidi olmuş, bu haqda yazılar yazmış, reportajlar hazırlamış azsaylı jurnalistlərdəndir. Film dünyanın 100-dən yuxarı ölkəsində nümayiş etdirilmiş, müxtəlif kino festivallar tərəfindən təltif edilmişdir. Bu filmə baxan hər kəs münaqişə haqda əsl həqiqətlərdən təsirlənmiş olur. Ötən il Litvada Druskininkay şəhərində filmin təqdimatının iştirakçısı oldum. Auditoriyada olan yüzə yaxın insan filmə baxdıqdan sonra oranı göz yaşları ilə tərk etdilər. Digər tanınmış bir jurnalist, ictimai xadim hal-hazırda İsraildə yaşayan, əslən Azərbaycandan olan Arye Qut təkcə keçən 3 il ərzində dünyanın ən nüfuzlu ingilisdilli qəzet və jurnallarında, aparıcı xəbər portallarında Azərbaycana erməni təcavüzü ilə bağlı 50-dən yuxarı yazının müəllifidir. Məhz onun sayəsində İsrailin və dünyanın yəhudi əsilli jurnalistlərinin böyük əksəriyyəti Azərbaycanın haqq səsinin dünyaya yayılmasına dəstək olur”.
Kitabları ilə, məqalələri ilə erməni terrorizmi, daşnakların azərbaycanlıların başına gətirdikləri müsibətləri, erməni yalanları haqda yazıları dünyaya yayan Şuxrat Barlas, Orta Asiyada böyük bir hərəkatın müəllifidir desəm, yanılmaram. Onun sayəsində Qarabağla bağlı, Azərbaycanla bağlı həqiqətlər türk dünyasında və postsovet məkanında ciddi marağa səbəb oldu.
Bu jurnalistlərin və adlarını çəkə bilmədiyim digər media işçilərinin fədakar əməyi sayəsində Azərbaycanın haqq səsi, Qarabağ münaqişəsi, erməni terrorizmi ilə bağlı həqiqətlər dünyanın müxtəlif ölkələrinə yayıldı. Son günlər ermənilərin Tovuz istiqamətində törətdiyi təxribat hadisələri, belə məsələlərin beynəlxalq medianın diqqətinə çatdırılmasının əhəmiyyətini aktuallaşdırır”, deyə Umud Mirzəyev bildirib.
“Uzun müddətdir xarici media nümayəndələri ilə əməkdaşlıq edən, ölkəmizi tanıtmaq naminə geniş tərəfdaşlıq imkanlarına sahib BAMF-ın rəhbəri olaraq hesab edirəm ki, sərəncamın ölkə jurnalistləri ilə yanaşı, Azərbaycanın yanında olan xarici jurnalistlərə də şamil olunması bizim əcnəbi həmkarlarımızın fəaliyyətinin daha da təşviq edilməsinə, eləcə də ölkəmizin beynəlxalq media tribunalarında mövqeyinin daha da güclənməsinə səbəb olardı. Bu insanlar
Azərbaycanın mövqeyini təmənnasız olaraq bütün kürsülərdən, bütün tribunalardan çıxış edərək yorulmadan, heç kimdən çəkinmədən müdafiə etmişlər”, deyə BAMF prezidenti açıqlama verib. “O baxımdan da, Azərbaycanı təmənnasız sevən, ölkəmizə dostluq münasibəti bəsləyən, ağrı-acılarına şərik olan xarici jurnalist həmkarlarımızın mükafatlandırılması üçün Ölkə Rəhbərinə müraciət etdik”, deyə BAMF prezidenti vurğulayıb. “İstərdik ki, Ölkə Prezidentimizin bu humanist və diqqətəlayiq sərəncamı beynəlxalq jurnalistlərə də şamil olunsun. Onlar da ölkəmizin diqqət və qayğısından faydalansınlar”, deyə Umud Mirzəyev bildirib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqtisadi-Sosial Şurasının (ECOSOC) Əsas Məşvərətçi Statuslu üzvü olan BAMF BMT qurumları, Beynəlxalq Mətbuat İnstitutu (IPI), Beynəlxalq Sülh Bürosu (IPB), Beynəlxalq Jurnalistlər Federasiyası, dünyanın tanınmış media qurumları ilə, həmçinin Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurası (ECRE), habelə dünyanın nüfuzlu insanları, beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.
President of IEPF Umud Mirzayev appeals to the head of state
"The efforts of foreign journalists for our country in the information war deserve all the attention and respect"
The President of the Republic of Azerbaijan has signed a decree on holding the 145th anniversary of our national press. The order also includes rewarding of journalists who have made special contributions to the development of the Azerbaijani national press on the basis of proposals from journalists' organizations and editorial offices. While speaking to our correspondent, Umud Mirzayev, head of the International Eurasia Press Fund (IEPF), said he had appealed to President Ilham Aliyev to award foreign journalists. "For many years, we have been cooperating with many foreign journalists who have served our country free of charge and raised our voices from high rostrums. Armenia's policy of aggression against Azerbaijan, the looting that took place and continues to this day in Nagorno-Karabakh and adjacent territories has also been brought to the attention of the international community due to the great efforts made by these people. In the first years of independence, the visits of foreign journalists to our country were often carried out through personal contacts and initiatives. These journalists, who visited our country, often risked their lives and were often subjected to strong pressure by the Armenian lobby. I consider that these people deserve all kinds of respect and awards from our people and state.
Today, our country has made significant progress in cooperation with the international media. Successful projects are being implemented to attract the attention of the international media. I would like to emphasize the efficient cooperation of the Heydar Aliyev Foundation with international media organizations, its numerous promotional projects including the Justice for Khojaly campaign and other initiatives," Umud Mirzayev said. He also added that a significant part of the IEPF's activities is cooperation with foreign journalists. "Since the early 1990s, we have organized numerous visits of journalists, writers, civil society activists, people's diplomats, parliamentarians, international experts to the conflict zone and liberated areas to objectively cover the Nagorno-Karabakh conflict, which is the most painful problem of our country. I would like to mention the names of journalists and public figures among the guests who are world-famous and influential such as Yuri Pompeyev, Alexei Sukanov, Boris Golovin, Yevgeny Mikhailov, Andrey Edokov (Russia), Richard Lapaitis (Lithuania), Modris Auzinsh, Tatiana Chaladze (Latvia), Uli Rotfus (Germany), Arye. Gut (Israel), Malik Ayub Sumbal (Pakistan), Shukhrat Barlas (Uzbekistan), Jim
Clancy, Peter Tase (USA), Adel Darwish (UK), Andras Biro (Hungary), Sami Al-Hajj, Hazem Abuwafta, Ziyad Ibrahim (Al Jazeera, Qatar," said Umud Mirzayev.
Noting that the reports and articles prepared by each of these people have a significant impact on the international media, U.Mirzayev shared with us some facts about the work done by foreign journalists. "It was known that during the events of April 2016, the occupying Armenian military forces used phosphorous shells. But they firmly denied it. At that time, thanks to our friends, the operation of neutralizing those shells fired by Armenians with the participation of diplomatic representatives was broadcast on Al Jazeera television. Immediately after the April fighting, the President announced this disgraceful act of the enemy to the international community from the high tribune during the World Humanitarian Summit in Istanbul in May 2016.”
"Or I want to talk about Richard Lapaitis, a witness of the Khojaly tragedy and the events in Karabakh. We have been cooperating with him since the early 90s. The film Infinite Corridor, dedicated to the Khojaly tragedy and shot with the support of the Heydar Aliyev Foundation, covers what he saw and knew. He is the protagonist of this film. He is one of the few journalists who witnessed the Khojaly tragedy, wrote articles about it and prepared reports. The film has been shown in more than 100 countries around the world and has been awarded by various film festivals. Everyone who watches this film is impressed by the real truth about the conflict. Last year I participated in the presentation of the film in Druskininkai, Lithuania. About a hundred people left the audience in tears after watching the film. Another well-known journalist and public figure, Arye Gut, currently living in Israel and originally from Azerbaijan, has authored more than 50 articles on the Armenian aggression against Azerbaijan in the world's most influential English-language newspapers and journals and leading news portals in the past three years alone. Thanks to him, the majority of Israeli and Jewish journalists around the world support the spread of Azerbaijan's true voice in the world."
It wouldn’t be a mistake to say that Shukhrat Barlas is the initiator of a great movement in Central Asia with his books and articles, that he published articles about Armenian terrorism, the tragedy committed by Dashnaks against Azerbaijanis, and Armenian lies. Thanks to him, the realities of Karabakh and Azerbaijan aroused great interest in the Turkic world and the post-Soviet space.
Thanks to the selfless work of these journalists and other media workers I have not mentioned their names, the truth about the true voice of Azerbaijan, the Karabakh conflict, and Armenian terrorism has spread to various countries around the world. The recent provocations committed by Armenians in the direction of Tovuz
highlight increased the importance of bringing such issues to the attention of the international media," said Umud Mirzayev.
"As the head of the IEPF, which has been cooperating with foreign media for a long time and has a wide range of partnerships to promote our country, I believe that the order applies not only to the country's journalists, but also to foreign journalists close to Azerbaijan. It would also strengthen our country's position in the international media. These people defended the position of Azerbaijan free of charge, speaking from all the podiums, from all the stands, without getting tired, without fear of anyone," said the IEPF President. "From that point of view, we appealed to the President to award our foreign journalist colleagues who love Azerbaijan for free, have friendly relations with our country and share their pain," the IEPF President said. "We would like this humane and remarkable order of our President to apply to international journalists as well. Let them also benefit from the attention and care of our country. " said Umud Mirzayev.
The IEPF, advisory member of the United Nations Economic and Social Council (ECOSOC), has worked with UN agencies, the International Press Institute (IPI), the International Peace Bureau (IPB), the International Federation of Journalists, the world's leading media, as well as European Council on Refugees and Exiles (ECRE) also cooperates with influential people and international non-governmental organizations.