“Azərbaycan onların qanı hesabına bu gün qəhrəmanlıq dastanları yazır” Rəna Hacıyeva
“Son günlərdə cəbhədə yaşanan olaylardan hamımız xəbərdarıq. Düşmənə məxsus onlarla canlı qüvvəni məhv edib, zirehli texnikanın sıradan çıxarılmasına görə, nə qədər iftixar hissi duyuruqsa şəhid xəbərləri ilə sarsılırıq. Azərbaycan xalqı ayağa qalxmaq, xarici hiylələrdən qurtulmaq və dünya ölkələri arasında öz sözünü deyən bir dövlət olması üçün zaman-zaman bir çox oğullarını, qızlarını qurban verib”. Bunu DIASPOR.INFO-ya açıqlamasımda YAP Sabirabad rayon təşkilatı qadınlar şurasının sədri Rəna Hacıyeva deyib.
Onun sözlərinə görə, məhz onların qanı hesabına Azərbaycan bu gün qəhrəmanlıq dastanları yazır: “Qarabağ bizimdir, Bizim də qalacaq!” şüarını əzbər edib, düşmənin üzərinə yürüyən oğullar, qızlar yetişdirir bugünkü Azərbaycan. Mövcud vəziyyətlə bağlı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çağırışından sonra minlərlə gənc Səfərbərlik və Hərbi Qeydiyyata Çağırış üzrə Dövlət Xidmətinin şöbələrinə gələrək könüllü olaraq orduda xidmət üçün müvafiq qaydada qeydiyyata alınıblar. Demək olar ki, ölkənin bütün rayonlarında bənzər mənzərə müşahidə olunur”.
Rəna Hacıyeva çağırışda etdi və bildirib ki, indi birləşmə vaxtıdır, tək yumruq olma vaxtıdır: “Ölkə əleyhinə cürbə-cür təxribatlar hazırlamaqdansa, minlərlə bəyazın içindən bir dənə qaranı tapıb tənqid atəşinə tutmaqdansa, gəlin bir olaq, birləşək, birlik olaq, düşmənə qarşı da birlikdə mübarizə apararaq, Ali Baş Komandanın ətrafında sıx birləşək”.