“Xalq Paşinyanı seçmədi, xalq köhnə sistemi rədd etdi” Arman Vardanyan
Ermənistanın baş naziri bu gün səlahiyyətləri daxilində olmayan bir çox funksiyanı, hüquq mühafizə sistemindən tutmuş digər sahələrə, o cümlədən kondominiumlara və sairə qədər bütün işləri yerinə yetirir. DİASPOR.INFO Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər berir ki, bu barədə "Güzgü qarşısında" verilişində “Birlik” hərəkatının rəhbəri Arman Vardanyan deyib.
Koronavirusla mübarizə tədbirlərinə gəldikdə, Arman Vardanyan, Səhiyyə Nazirinin xroniki tənəffüs və ya ürək-damar xəstəlikləri olan insanların maska geyə bilməyəcəyi ilə bağlı son açıqlamasını münasibət bildirib.
"Nazir yalnız bu insanların dörd ay boyunca maska taxmağa məcbur edildiyini ya özü də bilməyib, ya da bilsə də, ancaq bu barədə danışmayıb ki, bu adamlar ölsünlər”, deyə Arman Vardanyan ittiham edib.
Baş nazir Nikol Paşinyana gəlincə, onu hamı ilə bütün yaxşı əlaqələri qırmaq bacarığına malik olan dırnaqarası istedadlı adam adlandırıb. Fikrini də izah edərək bəyan edib ki, iki il ərzində yalnız dırnaqarası istedadlı bir insan hər kəslə olan bütün yaxşı münasibətləri məhv edə bilər.
“Xalq Paşinyanı seçmədi, bu səhv bir nəzəriyyədir. Xalq yalnız köhnə sistemi rədd etdi. Amma indi insanlar adekvat hala gəlir, eyforiyadan çıxırlar. Bununla belə, Nikol Paşinyan yalnız özü ilə məsləhətləşir və yalnız özünə inanır ", deyə Arman Vardanyan açıq şəkildə bəyan edib.
Arman Vardanyan müxalifətə də ünvanlanaraq, onların kifayət qədər qətiyyətli olmadığını da qeyd edib və bildirib ki, Ermənistan müxalifəti Nikol Paşinyanın tamamilə "tükəndiyini" gözləyir.
"Məsələn, Robert Koçaryanın həbs olunmasına mən qəti reaksiya verərdim. Əgər Serj Sarkisyan tutulsaydı da, mən belə edərdim. Amma bu müxalifətin funksiyasıdır, bütün müxalifət reaksiya verməlidir. Əks təqdirdə hər kəsi oyundan bir-bir çıxartmaq Nikol Paşinyan üçün çox asandır”, deyə Birlik hərəkatının rəhbəri bildirib.
Müəllif: İnam Hacıyev