UKRAYNADA YAŞAYAN NAXÇIVANLILARDAN ATA YURDUNA DƏSTƏK GƏLDİ
DÜŞMƏN SEVİNMƏSİN Kİ, NAXÇIVANI BLOKADADA SAXLAYIR, İRƏLİ ƏMRİ VERİLƏRSƏ BİZİM KİMİ YÜZLƏRLƏ NAXÇIVANLI ƏSGƏR , DƏRHAL VƏTƏNİMİZİ MÜDAFİƏ ETMƏYƏ GƏLƏCƏYİK.
Ukraynada yaşayan Naxçıvanlılardan bir qismi.
Məlum olduğu kimi erməni faşizmi artıq bir həftədir ki, Tovuz rayonuna hücum edir. Fərqinə varmadan yaşayış məskənlərini atəşə tutan erməni dığaları xalqımızı, dinc əhalini qorxu altında saxlamaq və müəyyən ərazi əldə etmək istəyir. Əlbəttə havadarlarından dəstək aldığı üçün qudurmuş it rolunu oynayan erməni ordusu hər bir həmləsində layiqli cavabını da, alaraq geri otuzdurulub. Lakin müharibə (əbəs yerə Müharibə yazmadıq, əgər hücum edilirsə bunun adı atəşkəs rejimini pozmaq deyil, bu müharibədir.) olan yerdə itgi də, qaçılmazdır və biz
Azərbaycan igidlərinin qəhrəmancasına şəhid olmasının şahidiyik. İş o yerə çatdı ki, General-mayor Polad Həşimov öz əsgərləriylə, səngərdə, düşmənə layiqli cavab verdiyi anda şəhid oldular. Azərbaycan ictimaiyyəti buna biganə qalmayaraq, bu ağır karantin qaydalarını pozaraq, küçələrə axışdılar. Və gecə saatlarından başlamış səhərə kimi Azərbaycan əsgərinə dəstək nümayiş etdirdilər. Artıq on minlərlə Azərbaycan gənci Səfərbərlik məntəqələrində qeydiyyatdan keçərək, döyüşə getməyə hazır olduqlarını sübut etdilər. Bu arada azğın düşmən Naxçıvanı da, iri çaplı silahlardan atəşə tutmağa başladı.
Tovuzda baş verənlərə dünyada yaşayan Azərbaycanlılarımız da, biganə qalmadılar. Hətta Azərbaycandan olan yəhudi əsilli iş adamları,
Rusiyada Putinin dostu kimi tanınan İlham Rəhimov və bir neçə belə soydaşımız erməniləri öz rəhbərlik etdikləri ticarət obyektlərindən qovub çıxardılar. Ermənilərin meyvə-tərəvəz bazalarıyla ticarət əlaqələrini tam kəsərək, yalnız Azərbaycanlılarla öz işlərini quraraq, həmrəylik nümayiş etdirdilər. Bu məsələdə Azərbaycan diasporunun gücü MDB ölkələrində daha çox hiss olundu.
Hətta bir çox ölkələrdə yaşayan soydaşlarımız müharibə başlayarsa Azərbaycana gələrək vətənin müdafiəsində iştirak etməyə hazır olduqlarını yazılı sürətdə bildirdilər. Naxçıvana atılan düşmən mərmisi, kənarda yaşayan Naxçıvanlıları da, ayağa qaldırdı.
Belə addımlardan birini də, Ukraynada yaşayan Naxçıvanlılarımız atıb. Belə ki, Diaspor.info-nun redaksiyasına zəng edən bir neçə soydaşımız, xüsusən də, Dnepr, Pavloqrad və Novomoskovsk şəhərlərində yaşayan Naxçıvanlılar bir yerə yığışaraq, Naxçıvanın müdafiəsi üçün, saytımız vasitəsiylə yazılı müraciət də, etdilər. Bir çox soydaşımızla telefonla danışarkən onların həyəcanlı olduqları və coşqu ilə danışdıqları üçün soyadlarını qeyd edə bilmədik. Lakin digərlərinin tam soyadlarını qeyd etdik. Canlı telefon bağlantısında Möhsün Bədəlov və Pərviz Əliyevlə
Azərbaycanda baş verənləri müzakirə etdik. Hər iki soydaşımız Azərbaycanda baş verənləri mətbuatdan yaxından izlədiklərini və erməni dığalarının belə hərəkətlərlə heç nəyə nail ola bilməyəcəklərini vurğuladılar. Möhsün Bədəlovun əslən Ordubad rayonundan olduğu üçün və ermənilərin də, ilk atəşi məhz həmin rayona atdıqları üçün çox narahatçılıq hissi keçirməsi başadüşülən idi: Mən mətbuatda yayılan video-lentə də baxdım. Ermənilər Naxçıvanla sərhəddə atəşkəsi pozaraq, təxribat törətmək istəyərkən Naxçıvandakı Silahlı Qüvvələrimizin hərbçiləri bir sərrast atəşlə erməni texnikasını yerindəcə məhv etdi. Və ermənilər dərhal geri çəkildilər. Bu onlara sanki bir dərs oldu və həmin gündən də, Naxçıvanda sakitlik yarandı. Lakin bütün bunlara baxmayaraq, dünyada yaşayan mənim kimi minlərlə Naxçıvanlı var və biz öz Ana vətənimizi, Ata yurdumuzu qorumaq üçün hər an geri qayıtmağa, vətənin müdafiəsində dayanmağa hazırıq. Bizi buna heç kim məcbur etmir, biz öz içimizdən gələn istəyimizi bildiririk.
Daha sonra Babək rayonunun ən böyük qəsəbəsi olan Cəhridən olan soydaşımız Pərviz Əliyev danışdı: Buraya yığışan çoxsaylı Naxçıvanlılar Azərbaycanda gedən prosesləri yaxından izləyənlərdir. Biz hamımız Tovuza, Qarabağa getməyə hazırıq. Və hər birimiz sovetlər dövründə hərbi xidmət keçmiş əsgərlərik. Sadəcə Naxçıvan doğumlu olduğumuz üçün o əraziləri yaxşı tanıdığımız üçün Naxçıvana müraciət edirik. Naxçıvanda xidmət çəkən Silahlı Qüvvələrin əsgərləri bilsin ki, biz xaricdə yaşayan Naxçıvanlılar heç vaxt imkan vermərik ki, 18 yaşlı cavan oğlanlarımız erməni gülləsinə tuş gəlsinlər. Biz həmin əraziləri gözəl tanıyırıq və yaşımız da, yetərincə imkan verir ki, erməni dığalarının qarşısına çıxaq və onları yerində otuzduraq. Əgər Ali baş komandan İrəli əmri verəcəksə biz hamıdan əvvəl Naxçıvanda olacağıq və öz torpaqlarımızı qorumaqla yanaşı, dədə-baba torpaqlarımız olan Zəngəzurun, İrəvanın da, geri alınmasında iştirak edəcəyik.
Telefonla görüntülü danışdığımız soydaşlarımızın hər birinin üzündə Vətənə sevgi-düşmənə nifrət hiss etdik.
Coşquyla danışan soydaşlarımızın bir qisminin adını qeyd edə bildik.
Əkbər Ramazanov, Möhsün Bədəlov, Yusif Ramazanov, Pərviz Əliyev, Cəmil Həsənov, Azər Babayev, Bəhruz Həsənov, Yaşar Babayev, Cəmşid həsənov. Uşyar Qasımov, Həsrət Zeynalov, Qoşqar Qasımov, Vaqif Babayev, Cəlil İbrahimov, Elman Babayev, Nadir Əhmədov, İlqar Əliyev, Elşən Hüseynov, Mahir Tarverdiyev, Ramil Əliyev, İlham Hüseynov, Məhərrəm İsmayılov, İlkin Tarverdiyev, Nizami Abdinov, Məhərrəm Əliyev, Mais Babayev, Ramil Əliyev, Ağa Tarverdiyev, Canpolad Həsənov, Yalçın Tarverdiyev və soyadlarını qeyd edə bilmədiyimiz Səlim, Azər, Əbülfəz, Ramazan və Məmməd də, ürəyi Vətən eşqi ilə döyünən soydaşlarımızdandır.
Diaspor.info.
UKRAYNA.
1 595