Ukrayna Yazıçılar Birliyinin Sədri Diaspor.info Saytının Baş Redaktoru Əlmaniz Ələkbərlini Təltif Etdi.
MİLLİ MƏTBUAT GÜNÜ İLƏ BAĞLI UKRAYNA YAZIÇILAR BİRLİYİNİN SƏDRİ DİASPOR.İNFO SAYTININ RƏHBƏRİNİ TƏBRİK ETDİ.
Məlum olduğu kimi 22 iyul Azərbaycanda milli mətbuat günü kimi qeyd olunur. Milli mətbuat günü ilə əlaqədar saytımızın baş redaktoru,
Diaspor təşkilatlarının monitorinq mərkəzinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, Əlmaniz Ələkbərlini Ukrayna yazıçılar
birliyinin sədri Mixayil Sidorjevskiy təltif etmişdir. Mixayil Sidorjevskiy vurğulamışdır ki, Əlmaniz Ələkbərli Ukrayna və Azərbaycan dostluq və
qardaşlığının inkişaf etməsində operativ informasiya xidməti göstərdiyi üçün təltif olunur.
Bu münasibətlə baş redaktorumuzu saytımızın əməkdaşları adından ürəkdən təbrik edirik.
Diaspor.info
Bakı.
984