“Münaqişənin yeni mərhələsinə hazırlaşmaq lazımdır” Aşot Qulyan
Dağlıq Qarabağ münaqişəsinin yeni mərhələsinə hazırlaşmaq lazımdır. DİASPOR.İNFO Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu qondarma Dağlıq Qarabağ parlamentinin keçmiş spikeri, Ermənistan Milli Məclisi sədri Ararat Mirzoyanın müşaviri Aşot Qulyan deyib.
“İyul ayında Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin kəskin artması, sonrakı hadisələr və dünyanın müxtəlif yerlərində ermənilərə qarşı artan nifrət dalğası bir neçə nəticəyə əsas verir. Sərhəddəki son döyüşlər, 2016-ci il aprel döyüşləri, xaricdə yaşayan azərbaycanlıların münaqişəyə qarışması, Türkiyənin bütün istiqamətlərdə kömək niyyəti, birgə beynəlxalq səylər yalnız bu ölkələrin vəziyyəti nəyin bahasına olursa-olsun dəyişdirəcəyinə dair sübutdur.
Sadalananlar onu deməyə əsas verir ki, Qarabağ münaqişəsinin yeni mərhələsinə hazırlaşmaq lazımdır. Siyasi, diplomatik, səfərbərlik və təşkilati işlər aparmaq lazımdır", deyə Ashot Qulyan öz Facebook səhifəsində yazıb.
Müəllif: İnam Hacıyev