İlin sonunadək Neftçala şəhərinin içməli su təchizatı ilə bağlı proqramın icrası yekunlaşdırılacaq
İlin sonunadək Neftçala şəhərinin içməli su təchizatı ilə bağlı proqramın icrası yekunlaşdırılacaq. DİASPOR.İNFO xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı"nda deyilir. Tədbirlər Planında bu ilin dekabr ayının 1-dək Neftçala şəhərinin içməli su təchizatı ilə bağlı proqramın icrasının başa çatdırılması nəzərdə tutulub. Həmçinin Mingəçevir su anbarında Yuxarı Qarabağ kanalının baş suqəbuledici qurğusunun yenidən qurulması planlaşdırılıb.
798