"ABŞ - Rusiya arasında dünyanın yenidən bölünməsi baş tutarsa..." ÖZƏL-MÖVQE
"Jirinovskiy deyib ki, Ermənistanın dövlət kimi qalması üçün bircə yolu var, o da Rusiyanın tərkibinə daxil olmaq. Jirinovskiy heç vaxt "havadan" bəyanat vermir". Bunu DİASPOR.İNFO-ya politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, iş orasındadır ki, Amerika mənbələri 2022-24 cü illərdə bəzi keçmiş Sovet respublikalarının Rusiya Federasiyasına daxil ediləcəyini yazırlar: "Söhbət ilk növbədə Qazaxıstan və Belarusiyadan gedir. ABŞ - Rusiya arasında dünyanın yenidən bölünməsi baş tutarsa bu bizim gələcəyimiz üçün təhdiddir. Ona görə Türkiyə ilə Azərbaycan arasında siyasi-hərbi əməkdaşlıq bu illər ərzində gücləndirilməli, biz həm də Britaniya, İsrail və ABŞ ilə intensiv danışıqlara getməliyik. Nə qədər paradoksal səslənsə də, Ukraynada, Gürcüstanda və bizim bu Qarabağ müharibəmizdə Vaşinqtonun seyrçi siyasətinə şahidlik etdik".
Müəllif: Ceyhun Rasimoğlu