Dünən İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın, könüllülər və İsveçrənin “Bioparc Genève” vəhşi təbiəti mühafizəsi təşkilatının nümayəndələrinin iştirakı ilə birlikdə Bakıda #YaşılMarafon-un payız mövsümü üzrə ilk ağacəkmə aksiyası baş tutub.
Diaspor info-nun xəbərinə görə, ağacəkmə aksiyası zamanı 300 ədəd zeytun və şam ağacları əkilib.
Keçirilən tədbirdə iştirak edən İDEA İctimai Birliyinin tanınmış və aktiv könüllüsü Səma Vahabzadə keçirdiyi hissləri və təəssüratlarnı bölüşüb:
"Bu marafona qoşularaq aksiyada iştirak etdiyim üçün çox sevinirəm. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük ictimai məzmun daşıyan fəaliyyətinin əhatə dairəsi kifayət qədər genişdir. Azərbaycan cəmiyyətinin istəyi ilə Leyla Əliyevanın çoxşaxəli fəaliyyəti sanki bir uyğunluq təşkil edir. Leyla Əliyevanın gördüyü işlər, reallaşdırdığı layihələr cəmiyyətin sosial sifarişini ifadə edir və buna görə də bizim hamımıza ruhən çox yaxındır. Hər kəs Leyla Əliyevanın timsalında onun sözünü deyən, müxtəlif məsələlərin düzgün həlli yolunu tapan dəyərli bir xanım kimi tanıyır. Mənim gördüyüm Leyla xanım isə səmimi, mehriban, öz sadəliyi ilə seçilirdi. Xarici dildə mükəmməl danışması, diqqətcil və qayğıkeş bir Azərbaycan xanımı idi qarşımda duran Leyla xanım. Bir sözlə onu çox sevdim."
Sonda İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva gənc könüllülərlə xatirə fotosu çəkdirib.