ZAQATALA REGİONAL MEŞƏ TƏSƏRRÜFATI MƏRKƏZİ YAZ ƏKİNLƏRİNİ DAVAM ETDİRİR.
ZAQATALA REGİONAL MEŞƏ TƏSƏRRÜFATI MƏRKƏZİ KORTALA MEŞƏBƏYLİYİNDƏ 2022-Cİ İLİN YAZ ƏKİNLƏRİNƏ BAŞLAYIB.
Diaspor.info saytının verdiyi məlumata əsasən, bu gün səhər tezdəndən Zaqatala regional meşə təsərrüfatı mərkəzinin kollektivi 8 hektar əraziyə qoz tingləri basdırıblar. Əkilən səkkiz hektar yeni meşə zolağı suvarılmaqla bu günün işinə yekun vurulub.
2022-ci ilin yaz əkinlərini sürətlə davam etdirən ZRMTM-nin kollektivi meşə ağaclarının bir neçə fərqli növünün əkininə də, start veriblər.
ZRMTM-nin direktoru Sərxan Əliyevin rəhbərliyi ilə yaz əkinlərinə başlayan kollektiv, əkindən sonra tinglərin göz bəbəyi kimi qorunmasına da, xüsusi diqqət yetirirlər. Ümumiyyətlə isə sevindirici haldır ki, son illər Şimal-qərb bölgəsində meşələrin qırılması hadisəsi deyil, yeni meşə zolaqlarının salınmasına daha çox rast gəlinir.
Ekologiya və Təbii Sərvətlər nazirliyinin və şəxsən nazir Muxtar Bababyevin də, yaz əkinlərində iştirak etməsi təqdirəlayiqdir.
Zaqatala regional meşə təsərrüfatı mərkəzinin kollektivi bundan əvvəl də, 0.5 hek qoz, 0.5.hek. akasiya olmaqla yeni meşə zolaqları salıblar.
Zaqatala regional meşə təsərrüfatı mərkəzindən aldığımız məlumata əsasən sözügedən kollektiv Muxax və Suvagil kəndlərində də, təxminən Iki hektar qoz tingləri basdıracaq ki, bu da, ümumi sahəyə diqqət edəriksə 15 hektara yaxın yeni meşə zolağının salınması deməkdir.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
856