ZAQATALADA DAHA İKİ HEKTAR QOZ VƏ ŞABALID TİNGLƏRİ SALINIB.
BAXMAYARAQ Kİ, KƏSKİN YAĞIŞLAR ARAM VERMİR, ZAQATALA MEŞƏÇİLƏRİ ƏKİN SAHƏLƏRİNDƏ ÖZ İŞLƏRİNİ USTALIQLA DAVAM ETDİRİRLƏR.
Diaspor.info saytının verdiyi məlumata əsasən, bu gün səhər tezdəndən Zaqatala regional meşə təsərrüfatı mərkəzinin kollektivi daha iki hektar əraziyə qoz və şabalıd tingləri basdırıblar. Əkilən iki hektar yeni meşə zolağı suvarılmaqla bu günün işinə yekun vurulub.
2022-ci ilin yaz əkinlərini sürətlə davam etdirən ZRMTM-nin kollektivi meşə ağaclarının bir neçə fərqli növünün əkininə də, start veriblər.
Bu günkü əkin Zaqatala şəhərinə yaxın bir ərazi olan, Muxax kəndi ətrafındakı Tala meşəbəyiliyində baş tutub.
ZRMTM-nin direktoru Sərxan Əliyevin rəhbərliyi ilə yaz əkinlərini sürətlə davam etdirən kollektiv, əkindən sonra tinglərin göz bəbəyi kimi qorunmasına da, xüsusi diqqət yetirirlər. Ümumiyyətlə isə sevindirici haldır ki, son illər Şimal-qərb bölgəsində meşələrin qırılması hadisəsi deyil, yeni meşə zolaqlarının salınmasına daha çox rast gəlinir.
Ekologiya və Təbii Sərvətlər nazirliyinin və şəxsən nazir Muxtar Bababyevin də, yaz əkinlərində iştirak etməsi təqdirəlayiqdir.
Zaqatala regional meşə təsərrüfatı mərkəzinin kollektivi bundan əvvəl də, 0.5 hek qoz, 0.5.hek. akasiya və 8 hektar qoz olmaqla yeni meşə zolaqları salıblar.
Zaqatala regional meşə təsərrüfatı mərkəzindən aldığımız məlumata əsasən sözügedən kollektiv Suvagil kəndində də, qoz tingləri basdıracaq ki, bu da, ümumi sahəyə diqqət edəriksə 15 hektara yaxın yeni meşə zolağının salınması deməkdir.
ƏLMANİZ ƏLƏKBƏRLİ
BAŞ REDAKTOR
533