ZAQATALADA YAĞAN ARAMSIZ YAĞIŞLAR ÇAYLARDA SUYUN SƏVİYYƏSİNİ XEYLİ ARTIRIB.
Diaspor.infonun verdiyi məlumata əsasən Zaqatalada yağan leysan yağışları üzündən Xüsusən də, Tala və Katex çaylarında suyun səviyyəsi xeyli artıb. Dağlarda yağıntının miqdarı daha çox olduğu üçün çaylar daşqınlara səbəb olub və xeyli ziyan dəyib. Zaqatalanın içməli suyu da dağlardan axan bulaqlardan götürüldüyü üçün belə hallarda su həddən artıq çirklənir və fasilələrlə verilir.
Tala çayından çəkilmiş videonu oxucularımıza da təqdim edirik.
DİASPOR.İNFO
ZAQATALA
1 363