Unudulmur Şəhidlər.
Anan doğdu səni fırtınalar,
Üzün dönməz olur, boran da qarda,
Elə qardaş olsun bu cətin baharda,,
Birdir Vətənimiz, birdir elimizə,
Düşünən beynimiz, vuran əlimiz.
Gələndə güşmanla sünkü_sünkuyə.
Bir nərə sovururgülünü göyə,
Doğma Vətən deyə igidlər deyə.
Sən polad sinəni gərdin səngərdə,
Cıxdın döyüşlərdən, bəlkə on kərə,
Əsir bahar eli döğma elindən,
Sənə talenin, tapşırmışdı Vətən.
Sən onun qəhrəman iyid oğulsan,
Carpan ürəyimsən, vuran qölusan.
Bilirsəndilini qarın, yağışın,
Nəfəsin qızdırır qəlbini qışın,
Dumanda yol acır qartal baxışın,
Qarşında baş əyir sonsuz üfüqlər,
Dastana sığmaz ki, səndəki hünər.
Var olsun o güllə atan qolların
Tikansız, cuxursuz olsun yolların
Məndə şairiyəm mərd oğulların,
Nə qədər yaşasan, qəhrəman yaşa,
Bu böyük dastanı etdirək başa.
Şəhid Ceyhun Mustafa oğluna ithaf edirəm..
Ey Şəhid anası, sənə sözüm var.
Bir Şəhid ömrünü dərd eyləyibsən.
Sönübdür qəlbində böyük arzular,
Bir nəslin adını mərd eyləyibsən.
Axı ölməyib dir bu oğlun Ceyhun,
Adı Şəhidliyini lap zirvəsində,
Onunla ucaldıb bu gözəl diyar,
Torpaq harayı var susan səsində.
Hər şəhid məzarı Babək qalası
Onlardan güc alıb, ucalır Vətən.
ÖLMƏZ igidlər dir addır qalası,
Tanrıdan bu ömrü arzulara mən.
Şəhidlər Vətənin qan damarıdır,
ŞəhiddirVətənin tək axan qanı,
Vətən səmasının ulduzlarıdır,
Onlardır yaşadan Azərbaycanı.
İzin ver öğluna bir dastan qoçum.
Şöhrəti bürüsün bütün cahanı,
Sözüm, qələmimlə mən də vuruşdum,
Alağın düşməndən biz qana_qanı.
Səs verin.
Gəlin ayıq olaq hər addım başı,
Batmasın dünyada elin haqq səsi,
Analar tökməsin qanlı göz yaşı,
Gülüşə bürüsün bu yer kürəsi.
Yaşasın dünyada əbədi bahar.
Min nemət yetirsin anamız torpaq,
İnsansız dünyanın nə mənası var?
Qızıla bürünsə, hər dağ, hər dərə.
Nurlansın hər yerdə haqqın yolları.
Azğınlar həddini hec vaxt aşması.
Uzansın ayları körpü qolları,
İnsanlar dünyaya vidalaşmasın.
Dünyaya göz olaq gəlin hamımız,
Yox olsun dünyanın kədəri, yası,
Ürəkdə olmasın qoy inamımız
Hər yanda duyulsun insan qayğısı.
Getsin əbədilik o canlı illər,
O nisgili anlar geri dönməsini,
Qoy azad yaşasın gələn nəsillər,
Azadlıq günəşi hec vaxt sönməsin.
Sarıbaş.
Sənigördüm işıq gəldi gözümə
Yollarına özüm qurban Sarıbaş
Qüvvət gəldi qollarıma, dizimə,
Dağ dərənə özüm qurban Sarıbaş.
Ayrılıqdan oldum könlüm dustağı,
Mən Şəkinin kecdim yaşıl torpağı,
Qoxladım hər gülü, yaşıl torpağı,
Məndə qalmayıbdı dözüm Sarıbaş.
Arzum vardı gəlib səni görəm mən
Ürəyimi bu yerlərə verəm mən,
Tər gülündən cicəyindən edərəm mən,
Dağlarda izin qala Sarıbaş.
İllərdəki həsrətini cəkmişəm.
Ürəyimə qəm yükünü əkmişəm
Göz yaşımı gilə-gilə tökmüşəm
Gül-çiçəkdi indi yazın Sarıbaşım.
Azərbaycan var olsun.
Yarası sağalsın döğma torpağın,
Şuşa, Lacın yenə Laləzər olsun.
Vətən-Azərbaycan, qüdrətli ordun.
Səninlə birlikdə daim var olsun!
Sevinsin analar, gülsün analar.
Qoy Allah özü də bizə yar olsun.
Sənliklər başlasln, süzsün sonalar.
Doğma Azərbaycan daim var olsun.!
Bulaqlar cağlasın, şəlalə daşsın.
Suyundan icənlər bəxtiyar olsun.
Qələbə sevinci sərhədlər aşsın.
Döğma. Azərbaycan daim var olsun.
Göylərə qaldırın ucalsın bayraq
Düşmənlər boylansın,könlü dar olsun.
Yansın el-obada nurlu bir çıraq
Böyük Azərbaycan daim var olsun.
Şəhid Xocalı.
Doğulanlar kül oldular yolunda.
Qərq oldular ana torpaq uğrunda
İyirmi bir yaş oldu, axır sonunda,
Dağlanıb- dağıldın, düzə Xoçalı.
Dağ cəkdi dağ üstdən bizə Xoçalı.
Sızlayan ürəklər tarın simidi,
Şəhid Xocalının ağlar dilidi,
Deyirlər bu gün matəm günüdü.
Necədə dağıldı düzə Xocalı.
Dağ cəkdi dağ üstən bizə Xocalı.
Millətin naləsi dağılıb düzə
Cəsədlər sərgidi torpağın üstə,
Vurulan naxışlar quruyub üzdə,
Nə qədər böyükdür dərdin , Xocalı.
İz saldın tarixə , Şəhid Xocalı.
Baxammadım axıracam sərginə.
Dözəmmədim o dözülməz dərdinə.
Məttəl qaldım yaradanın səbrinə,
Dağ cəkdi dağ üstən bizə, Xocalı.
Təbibsiz, loğmansız Şəhid Xocalı.
Sən Şəhid, mən Şəhid nə gəlir əldən,