Tramp Mayk Taysonun karyerasını necə məhv etdi?
“Sən mənim arvadımla yatırsan!?”
2015-ci ildə ABŞ-dakı prezident seçkiləri Donald Trampın gözlənilməz qələbəsi və onun qalmaqallı açıqlamaları ilə yadda qaldı. ABŞ prezidenti seçki marafonu ərzində feministləri sərt tənqid etməkdən tutmuş, ABŞ-da doğulmayan, lakin ABŞ vətəndaşları olan şəxslərin prezident seçkilərində namizəd kimi iştirak etmələrinə qadağa qoyulması kimi qalmaqallı açıqlamalar verdi. Bu kimi çirkin fəndləri Donald hələ ABŞ-ın 45-ci prezidenti seçilməmişdən qabaq da edirdi, həmçinin idmanda.
Bunların ən məşhuru 19 aprel 1991-ci ildə baş tutan və “nəsillərin döyüşü” kimi yadda qalan Evander Holfild və Corc Forman arasında baş tutan döyüşdür.
Fərqli nəsillərin boksçularının qarşıdurması Trampın əyləncə mərkəzi “Tac Mahal”ın yaxınlığında baş tutdu. Öz ərazisində döyüşü təşkil etmək üçün milyarder 11 milyon dollar pul ödəmişdi. Mütəxəssislər Donaldın həddən ziyadə çox pul ödədiyini düşünürdülər, lakin döyüşə az qalmış onun bu addımı niyə atdığının əsl səbəbləri üzə çıxdı. ABŞ Konqresində yaxın əlaqələrindən istifadə edən Tramp fars körfəzində baş tutacaq “Səhrada tufan” əməliyyatından məlumatlı olub. O, müqaviləyə belə bir şərt salıb ki, əgər ABŞ hər hansı bir müharibədə iştirak edərsə, Trampın döyüşün keçirilməsi üçün ödənməli olduğu məbləğ 2 dəfə azaldılmalıdır.
Promouterlər ABŞ-ın hərbi əməliyyat hazırladığını öyrənən kimi çalışıblar ki, döyüşün keçiriləcəyi məkanı dəyişsinlər, amma məhkəmə prosedurundan çəkiniblər və Trampın şərtlərinə razılaşmaqdan başqa çıxış yolları qalmayıb. Qarşıdurma 12 raund davam edib və Holfildin qələbəsi ilə yekunlaşıb. Bu döyüş uzun illər tarixin ən çox gəlir gətirən döyüşü kimi tarixə düşdmüşdü– 55 milyon dollar. Donald özü isə bu tədbirdən 25 milyon dollar qazandı. Bununla Tramp Amerikanın ən hiyləgər və cəsarətli biznesmenlərindən biri olduğunu isbatladı.
Bu qarşıdurma maliyyə baxımından Trampın idman fəaliyyətində ən yağlı tikə və sonuncusu oldu. Amma onun soyuq hesablama baxımından nailiyyət siyahısında Mayk Taysonun başını yozması xüsusi yer tutur.
Boks dünyası ilə Donald Trampı məşhur promouter Don Kinq tanış etmişdi. Onların maraqları üst-üstə düşürdü, ABŞ-ın gələcək prezidentinə Atlantik-Sitidə yerləşən kazino və otellərinin reklam olunması lazım idi, Kinqin isə pula qarşı həssaslığı var idi. Onlar birgə boks tarixinin ən böyük fırıldağını həyata keçirdilər, hansı ki, hər ikisinin maliyyə aktivlərini kifayət qədər artırdı. Kinq, Mayk Taysonun ilk döyüşlərindən bu gəncin ona nə qədər böyük pullar qazandıra biləcəyini anlayırdı, Kinqin gözündə Tayson əsl qızıl mədəni idi. Amma ən ağır çəkidə tarixdə ilk dəfə hər 3 əsas titulu (WBA,WBC,IBF) qazanan Mayk bir neçə dəfə promouterlə əməkdaşlıq etməkdən imtina etmişdi.
Taysonun müəllim baxımından bəxti gətirmişdi. Kriminal rayonda və ehtiyac içində böyüyən Mayk dünyanın ən yaxşı boks məşqçilərindən biri olan Kasa Damatonun məktəbində boksun sirlərinə yiyələnirdi. Kasa xüsusi müdafiə metodunu kəşf etmişdi- peek-a-boo və onu uğurla Taysona aşılaya bilmişdi. Amma ən əsas başqa məqam idi - məşqçi və onun komandası boksçunun insan keyfiyyətlərinin inkişafına xüsusi diqqət yetirirdilər. Taysonun meneceri Bill Keyton deyir: “Biz Taysonu tək boksçu kimi görmürdük, daha irəli baxırdıq. İstəyirdik ki, o biznesin prinsiplərinə yiyələnsin və özü uğurlu menecer olsun. O, çox əla tələbə idi və hər şey başqa cür olacaqdı, əgər Mayk Kinqə qoşulmasa idi. Kinq Taysonu məhv etdi”.
1985-ci ildə Damatonun ölümündən sonra gənc boksçu onun komandasında qaldı, Kevin Runinin rəhbərliyi altında işləməyə davam etdi və inadla Kinqin təkliflərini geri çevirdi. Amma hiyləgər promouter idmançının ən zəif yerindən zərbə endirdi – Don Trampın köməyi ilə boksçunun həyat yoldaşı, pul hərisi və şöhrət peşində olan gənc aktrisa Robin Qivenslə görüşə və Taysonun gələcək karyerası barəsində danışa bildi.
Tayson Robini dəli kimi sevirdi və çox qısqanırdı, əsasən o şənliklərdə arvadını başqası rəqsə dəvət edəndə əsəbiləşirdi. Amma qadınlarla dil tapmaqla məşhurlaşan Tramp üçün Qvineslə əlaqə qurmaq çətinlik yaratmadı. O, gənc aktrisanı inandırdı ki, Keyton və Runi simicdirlər və boksçunun qonorarlarının çox hissəsini mənimsəyirlər. Donald Qvinesə söz verdi ki, əgər Tayson Kinqlə əməkdaşlıq etsə dəfələrlə daha çox pul qazanacaq.
Dar düşüncəli idmançını arvadının əli ilə yola gətirmək asan oldu. Arvadı onu Olimpiya çempionu Maykl Spikslə döyüşə razı olmasına inandıra bildi. Runi nə qədər çalışsa da, boksçunu inadından döndərə bilmədi. 1998-ci ilin iyun ayında baş tutan döyüşdə Tayson rəqibini cəmi 91 saniyəyə yerə sərdi. Donald Tramp bu görüşdən 21 milyon dollar qazandı. Mayk isə qarşılaşmadan sonra Keytonla dördillik əməkdaşlığa son verdiyi açıqladı. Reportyorlara müsahibəsində o dedi: “Bu gündən etibarən mənim maliyyə məsləhətçim Donald Trampdır!”.
Biznesmen boksçuya promouter kimi Kinqi seçməyi tövsiyyə etdi və bu böyük boksçunun sonunun əvvəli oldu. Keyton deyir: “Mənim hesablamalarıma görə, Kinq Maykın 50 milyondan çox qonorarını özəlləşdirib. O, onu aldadırdı, müxtəlif qızları onun yatağına salırdı, bahalı içkilər içdirirdi və inandırırdı ki, Mayk kimi istəsə rahat məğlub edə bilər. Donun, Taysonun normal məşq etməməsi maraqlandırmırdı, Kinq onu neft quyusu kimi pompalayırdı”.
Bir müddət sonra Kinq, Trampın Maykın arvadı ilə yatdığı barədə şayiələr yaydı və döyüşçü bu xəbərləri eşidib dəli oldu. Boksçu Trampın Nyu-York ofisinə girdi, cangüdəni yerə sərdi, iş görüşməsini yarımçıq dayandırdı və bağırdı: “Sən mənim arvadımla yatırsan!?”.
Taysonu bir neçə polisin köməyi ilə zülmlə sakitləşdirdilər, Donald isə şəriklərinə dedi: “Baxın, bu, ən ağır çəkidə dünya çempionudur, çox güclüdür, amma ağlasığmaz dərəcədə kütbeyindir”.
Bu hadisə amerikalı yazıçı, siyasətçi və jurnalist Tim Obrayanın “Trampın milləti” kitabında təsvir olunub. Bir aydan sonra məişət zorakılığından və qısqanclıqdan bezən Qivens boşanmaq üçün ərizə yazdı. Evlilik bir ildən bir az artıq çəkdi və Mayka 10 milyon dollara başa gəldi.
1989-cu ildə məşq etməyən, formadan düşən, alkoqol və narkotiklər vasitəsi ilə məhv edilən, arvadından ayrıldıqdan sonra seksoqolikə çevrilən Mayk karyerasında ilk dəfə məğlub oldu. Yaponiyada döyüşçüdən çox, sərxoşa bənzəyən Taysonu ondan 6 yaş böyük Ceyms Daqlas yerə sərdi. Bu zaman uçurumun ucunda olan Maykı xilas etməyə cəhd edəcək bir nəfər tapılmadı və nəticədə 1992-ci ildə o, zorlamaya görə, 6 illik həbs cəzası aldı.
Azadlığa çıxandan sonra Tramp boksçuya maliyyə dəstəyi verdi, lakin bu Trampın döyüşçünün hesabına qazandıqlarının yanında qəpik-quruş idi. Donald hətta burda da öz xeyrini götürdü – Mayk ona edilən yardımı unutmayaraq, seçkilərdə maliyyə məsləhətçisini dəstəklədi.
Kinq də qıraqda qalmaqdı, o, ölkəni gəzərək Trampa dəstək verirdi. Amma həmişəki kimi, boksçu və promouterin bundan götürdükləri mənfəət arasında böyük fərq var idi. Tayson tarixin ən yaxşı boksçusu ola bilərdi. Amma Mayk çox sadəlövh oldu, o, onu sevən və ona inanan insanları yox, iki hiyləgər fırıldaqçını dinlədi.
İlkin Abbasov